Çanta — yanımızdan ayırmadığımız ən vacib aksessuarlardandır. Bəs bu dəyərli aksessuarımızı başqa bir aksessuar köməyi ilə fərqli göstərmək necə, istərdinizmi?
Ötən il podiumlardan street style dəbinə gələn bu trend ilk dəfə «Fendi»nin nümayişində təqdim olunub. «Bag Bugs», yəni çanta böcəkləri adlanan balaca tüklü aksessuarların qiyməti 800 dollardan başlayır.
2014-2015 payış-qış moda həftələrində də «Bag Bugs» diqqət mərkəzində olub. Moda həvəskarları, stil ikonaları və bloqerlər çantalarından balaca bəzəkləri əksik etməyiblər. «Bag Bugs»la yanaşı, heyvan fiqurları, saçaqlar və şarf kimi aksessuarlar da olduqca aktualdır.
«Fendi» balaca böcəklərin satışından ilhamlanaraq 2014-2015 payış-qış kolleksiyasında «Chanel»in kreativ direktoru Karl Lagerfeldin kuklasını hazırlayıb. «Balaca Karl» adlanan kuklanın qiyməti 1240 avrodur. Artıq 600-ə qədər moda sevər bu əşyanı almaq üçün növbəyə yazılıb.
Məcbur deyil ki, böyük məbləğdə pul xərcləyəsiniz. Çantanızın kənarına tüklü, heyvan fiqurlu, böyük daşlı aksessuarlar, yaxud şarf bağlayaraq son dəbə uyğun görüntü əldə edə bilərsiniz.