Bu qış dodaqlar bordo rəngə boyanacaq

Bu qış dodaqlar bordo rəngə boyanacaq


Soyuq havaların isinməsinə ən az sviterlər qədər kömək olan bu rəng podiumda da yeni kolleksiyalara dəstək olub.

Bəzi markalar öz yeni kolleksiyasını təqdim edərkən bordonun qırmızıya çalan, bəziləri isə qaraya çalan rənginə üstünlük veriblər. Hansının gözəl olduğu zövqə görə dəyişir. Ancaq ən əsas olanı bu qış dodaqlar bordo rənginə bürünəcək.

Payız-qış kolleksiyasının nümayişində gözə çarpan bordo  artıq Rihanna, Cennifer Lopez, Emma Stone kimi məşhurların sevimli dodaq rənginə çevrilib.

Bordo rəngdən istifadə edrkən göz makiyajı geri planda qalmalıdır. Sadə bir makiyaj və bordo rəng daha doğru seçimdir. 
 









 

Top