Amulette: yeni Cartier kolleksiyası

Amulette: yeni Cartier kolleksiyası


Cartier brendi sarı, ağ və çəhrayı qızıl, eləcə də brilyantlar və onikslərlə bəzədilmiş yeni Amulette zinət əşyaları kolleksiyasını təqdim edib. Zərgərlik evinin dizaynerləri bu boyunbağıları və qolbaqları yaradarkən, nəsildən nəsilə ötürülən uğur rəmzləri barədə düşünüblər.



Disk — həmayilin daimi formasıdır. Günəş rəmzi isə qızıldan hazırlanıb, oniks və sədəflə bəzədilib. Kolleksiyada dəbdəbəli və sadə variasiyalar var. Gündəlik olanlar içərisində incə zəncirlərdə olan 3 nəfis qolbağı nümunə gətirmək olar.


Mənbə: buro247.az
Top