«Qırmızı» kolleksiya

«Qırmızı» kolleksiya


Ötən ilin noyabrında Moda evinin kreativ direktorları Mariya Qratsiya Kyuri və Pyer Paolo Piççoli Valentino-nun Şanxaydakı flaqman butikinin açılışı münasibətilə kolleksiya nümayiş ediblər.

Yaz-yay 2014 kapsul kolleksiyasının xüsusiliyi bütün komplektlərin qırmızı rəngdə hazırlanmasındadır, ancaq onu təkobrazlı adlandırmaq olmaz — burada bəbir printi, çiçək motivləri və laklı dəri var. Müxtəlif rənglərdə olan aksessuarlar — al qırmızı rəngdən tünd qırmızı rəngə qədər -dəbdəbəli geyimi və zərif paltonu gözəl tamamlayır.

Həcmli çantalar və kompakt klatçlar brend üçün artıq ənənəvi olan pərçimlərlə bəzədilib. Birtonlu və ya bəbir printi olan bütün çantalar özünə diqqət cəlb edir. Obrazı kəmərcikli klassik qayıqşəkilli ayaqqabılar tamamlayır: dikdaban çiyələk qırmızı rəngi və ya mini-dabanlı lakl dərisi olan tünd-moruq rəngli. Valentino dizaynerləri eləcə də gündəlik ayaqqabı variantı yaradıblar — müxtəlif qalınlıqlı kəmərciyi olan dəri səndəllər. «Qırmızı» kolleksiyadan olan aksessuarlar aprel ayında satışa çıxarılacaq.
Top