Heç kimə sirr deyil ki, əllərin dərisi çox həssas olur. Buna görə də onları soyuğun şaxtasından qorumaq lazımdır. Bu zaman bizim köməyimizə 2014-cü ilin ən dəbli dəbli əlcəkləri gəlir. Bu əlcəklər qadınların zərif və həssas əllərini qorumaq üçün hazırlanıb. Lakin əlcəklər təkcə əllərimizi qeydinə qalmır, həm də hər bir qadını bəzəyən akssesuar kimi istifadə edilir.
Dizaynerlər 2014-cü ildə fantaziyalarını işə salaraq bir-birindən fərqli və dəbli əlcəklər hazırlayıblar. Əlbəttə ki, dəri əlcəklər digərlərindən daha çox dəbdədir və sevilir. Dəri özlüyündə həqiqətən də əla materialdır. Çünki davamlıdır və gec xarab olur. Bundan əlavə dəri qadını seksual obraza sala bilir. Rəngli dəri əlcəklərə qadının stilini tamamlamağa və geyimi ilə harmonik ansambl yaratmağa imkan verir.
Dəri əlcəkləri həm ciddi stillə, həm gündəlik idman üslubu ilə uyğunlaşdırmaq asandır. Onlar həm xəzlərlə, həm palto, həm də dəri gödəkçələrlə yaxşı görünür. Dəri əlcəklərin uyğun olmadığı geyim tapmaq olmaz. Qışda eleqant və seksual qadın obrazını yaratmaq istəyirsinizsə, qarderobunuza dəri əlcəklər də əlavə edin.
Bundan əlavə xəzli əlcəklər də qışın ən dəbdəbəli geyim əşyasıdır. Onlar ən zərif barmaqları bəzəməyə qadirdir. Parçadan və yundan hazırlanan orijinal əlcəklər də dərilər qədər dəbdədir. Onlar qış geyiminə gözəl ansambl qatmağa imkan verir. Qışın ən dəbli əlcəklərinə baxmağı unutmayın.