Ayaqqabı markaları payız kolleksiyalarında kişi stilinə də yer veriblər. Kişi stilini xatırladan çəkmələr bu payız və qış mövsümündə çox dəbdədir.
Bu payız ayaqqabıların rahatlığı da çox vacibdir. Havaların tez-tez dəyişməsi kişi stilini xatırladan çəkmələrdən almağa vadar edir. Onlar həm günəşli, həm də yağışlı havada geyinmək üçün çox idealdır.
Çox ciddi və kişi üslubunda olsa da, həm donlarla, həm də klassik pencək-şalvarla gözəl yaraşır.
“Saint Laurent”, “Barbara Bui”, “Casadei”, “Jil Sander”, “Miu Miu”, “Chanel”, “Bally”, “Nicholas Kirkwood”, “Fendi”, “Manolo Blahnik”, “Max Mara”, “Diane von Furstenberg”, “Emporio Armani”, “Alexander Wang” kimi markaların ən dəbli 25 çəkmə modelləri burda.
Mənbə: publika.az