1660-cı ildə Fransız Kralı XIV Luinin ordusunda döyüşən əsgərlər arasında bir qrup əsgər vardı ki, paltarlarındakı bir detal səbəbiylə digər əsgərlərdən rahatlıqla fəqlənə bilirdi.
Orduda xidmət edən xorvat əsgərlərini fərqli edən boyunlarına taxdıqları şallar idi. Döyüşə gedən xorvat əsgərlərini yola salan yoldaşları, anaları başlarından çıxartdıqları örtükləri sevdikləri adamların boyunlarına bağlayır və bir düyün atırdılar. Bir tərəfdən evlərindən uzaqda olduqları müddətcə bu örtükləri hər gördüklərində özlərini və evlərini xatırlamalarını istəyir, bir tərəfdən də atdıqları xüsusi düyünlərin kişiləri pisliklərdən qoruyacağına inanırdılar.
Fransızlar taxdıqları bu örtüyə «Ala Croate- Xorvat Üsulu» adını verdilər. Amma biz bu addan deyil, qalstuk adından istifadə edirik. Qalstuk ― alman dilində Halstuck kimi səslənir, tərcüməsi isə “boyun yaylığı” deməkdir. Bu söz bizə almanlardan gəlmişdir. Qalstuk XVII əsrdə Fransız aristokratları arasında dəbə çevrildi.
Onun kişilərin həyatına daxil olmasıyla bərabər, problemlər də meydana gəldi. Səhər oyanan kişilər artıq paltarlarına uyğun bir qalstuk seçmək məcburiyyətində idilər. Digər bir çətinlik isə qalstukun doğru uzunluqda bağlana bilməsi idi.
Bu iki yeni problemi ilk yaşayanlardan biri Fransız Kralı XIV Lui oldu. Kral səhər oyandığında xidmətçiləri onun qarşısına rəngarəng və müxtəlif naxışlı qalstuklar düzürdülər. Doğru qalstuku seçmək üçün xərclənən zamandan bəlkə daha da çoxu qalstukun doğru bir şəkildə bağlanmasına ayrılırdı. “Qalstuku düzgün bağlama bir sənətdir” ― deyən məşhur şəxsiyyət Balzak, doğru qalstuk bağlama dərsliyinin müəllifidir.
Dünyada qalstuk taxanların təxmini sayı 650 milyon, ildə satılan qalstuk sayı isə 950 milyondur. Hazırda rəng baxımından geyiminə uyğun düzgün qalstuk seçə bilən kişi zövqlü hesab olunur.
Doğru seçilmiş bir qalstuk çox da yaxşı olmayan bir paltarın havasını bir anda dəyişdirə bildiyi kimi, pis bir seçim də çox yaxşı bir paltarın bütün gözəlliyini itirə bilir. İndiyədək qalstukun forması dəfələrlə dəyişdirilib, amma hazırki dövrümüzdə qalstukun eni 7.5-10 sm, uzunluğu 140 sm olmalıdır. Artıq XX əsrdə qalstuku ipək, atlas və.s. parçalardan hazırlamağa başladılar. Bəzi materiallı və rəngli qalstuklar matəm günlərində, bəziləri rəsmi görüşlərdə istifadə olunurdu.
Həmçinin bax: Qalstukların bağlanması, cib dəsmallarının qatlanması
Mənbə: azens.az