İstəyirsiniz özünüzə qadın çantası alasınız, amma bilmirsiniz hansını seçəsiniz? Gəlin birlikdə dünya modasına nəzər salaq. Çantalardan hansıları orijinaldır? Hansı modeli seçmək lazımdır ki, dəbdən düşümüş olmasın? Qadın çantası qadın aksessuarları arasında əsas yer tutur və hər zaman dəbdə olur. Qırmızı, moruq, vişnə rəngi çantalar hər zaman diqqət cəlb edən çantalar olur və demək olar ki, çox vaxt dəbdə olur.
Gəlin, razılaşaq ki, qırmızı rəng hər zaman qadınlara bir başqa cazibədarlıq gətirir. Eləcə də bunu çantalar haqqında da demək olar. Qırımızı rəng kimi qara rəng də hər zaman dəbdə olan və dəbdən düşməyən çanta rəngidir. Amma qara və qırmızı rənglərə nisbətən yaşıl, mavi, sarı və bu kimi daha çox açıq rəngli çantalar o qədər də istifadə edilən rənglər deyil. Amma bəzən bu rənglərdə olan çantalar əsasən yay aylarında geyimlərə uyğunlaşdırılaraq istifadə edilir.
Uzun illərdir ki, dəbdən düşməyən və hər zaman da xanımlarımızın sevərək istifadə etdiyi çanta rənglərindən biri də acıq qəhvəyi və şokolad rəngləridir. Bu rənglərdən çox zaman qış və payız fəsillərində istifadə edilir. Bəzən rəng seçimi qarşısında qalanlar adətən çox çanta seçimi olan mağazalara üstünlük verirlər. Təbii ki, çox rəng seçimi arasından daha tez özünə uyğun çanta rəngini seçmək olar, nəinki bu rəng seçimi azlıq təşkil edərsə.
Qara rəngli çantalar hər zaman soyuqluq nişanəsi kimi qəbul edilir. Çox zaman da deyilir ki, qara rəng görünüşdə heç bir emosional görünüş yaratmır. Amma əsl moda sevərlər üçün bu təbii ki, belə deyil. Bəzən qara rəng adi qarşılandığı halda, çox zaman dəblə ayaqlaşan xanımlarımız bu rəngdə olan çantalardan daha çox istifadə edirlər və bu rəngi orijinallıq nümunəsi hesab edirlər. Təbii ki, qara rəng bütövlükdə çox sadə görünsə də bu rəngə hər hansı naxış və yaxud da bəzək vurulduğu halda rəng tamamilə fərqli görünüş alır.
Artıq 2 ildir ki, demək olar ki, iri çantalar dəbdədir. Qadınlarımızın çoxu evdən səhər çıxır və axşama yaxın evə qayıdır. Hər zaman da onların yanlarında digər əşyalarını daşıyacaq qardaşları və yaxud da sevgililəri olmur. Bunun üçün çox qadın üçün, əsasən də işgüzar xanımlarımız üçün iri çantalar daha əlverişlidir. İri çantaların içərisinə kosmetika çantasını, əl telefonlarını, havanın soyumasından ehtiyat edərək əlavə jaket və kim bilir daha nələr qoyurlar.
Stilistlər məsləhət görür ki, iri çantaları çox zaman çiyinlərinizdə götürün. Bu onun üçündür ki, iri çantalar yalnız, çiyinlərdə daha rahat olur. Stilistlər yalnız, rəng, görünüş və digər seçimlərdə mələhət verir. Siz isə çalışın ki, hər zaman öz zövqünüzə uyğun, sizə daha çox yaraşan və rəng baxımından ürəyinizcə olan çantanı seçəsiniz.
Qadın çantaları 2015 kolleksiyasında indi əsasən rəngarəng, alabəzək modellər dəbdədir.