Vətənpərvərlik modası (militari-stil)

Vətənpərvərlik modası (militari-stil)

Hardan və nədən başlanır vətən?
Ən tanınmış modelyer və  dizaynerlərin fikrincə,  vətən dəbdən də başlana bilər. Hər bir xalqın geyimində onun vətəninin bir parçası əks olunmalıdır. Bu gün vətənini sevən hər bir dəbli xanım öz qarderobunda vətənpərvərlik ruhlu geyimlərə, donlara üstünlük verməlidir.
Son dövrlər xaki rəngli əsgər geyimləri dəbdədir.
Elə bizim ölkəmiz Azərbaycanda da, xaki rəngli geyimlər heç vaxt olmadığı kimi bu gün daha çox  dəbdədir.
Bu gün xanımların geyiminə fikir versək , onların əynində xaki rəngli şalvarlar, yubkalar, kombinezonlar, donlar, pencəklər, qısa şortlar və xaki rəngli aksessuarları daha çox görmək olar. Üstəlik əllərindən tutub gəzdirdiyi  uşaqlara da xaki rəngli paltarlar geyindirirlər. Bəs bu dəbdə vətənpərvərlik deyil,  nədir?
Əziz xanımlar, əgər vətəninizi sevirsinizsə, daima xaki rəngli geyimlərdən istifadə etməyə çalışın.  Onda tanınmış milli ruhlu dizayner və modelyerlərin yürütdüyü fikirlər də təsdiqini tapar ki, vətən dəbdən də başlana bilər.
Bu da insanlarda kiçikdən böyüyə  qədər tərbiyə olunan əsl vətənpərvərlik ruhudur.
Ən tanınmış modelyer və  dizaynerlərin fikrincə, hər bir xalqın geyimində onun vətəninin bir parçası əks olunmalıdır. Bu gün vətənini sevən hər bir dəbli xanım öz qarderobunda vətənpərvərlik ruhlu geyimlərə, donlara üstünlük verməlidir.
Əsgər və onun geyimi hər vaxt xalqın güvənc yeri olub. Eldə, obada hərbi geyimli əsgər görəndə böyükdən kiçiyə qədər hamı ona hörmət edir, izzət göstərir.
Birinci Dünya müharibəsindən sonra xalq kasıblaşanda, geyinməyə bir şey tapmayanda müharibədən qayıdan əsgərlərin aksesuarlarını geyiniblər. İri parıltılı  metal düymələr, toqqalı qayışlar, hərbi köynək, çəkmələr dəbdə olub. Bunları insanlar fəxrlə, qürurla geyiniblər. Hətta uzun dövrlərdə mübahisə mənbəyi olan aşıqlar da bu geyimlərdən istifadə ediblər. Elə o vaxtdan dəbdə hərbi üslub məşhurlaşıb. Hərbi üslubun geyimlərindən olan metal və qızılı düymələr, bəzəkli epolet poqonlar, hərbçilərin çiyinlərindən taxılan sırma qaytan (akselbant) , qızılı düymələr, toqqalı qayışlar hal-hazırda dəbdədir. Bu gün dünyanın ən dəbli xanımları, modelləri, məşhurları militari üslubda tikilən geyimlərdən gen-bol  istifadə edir. Onların qarderobunda xaki rəngli paltoları, pencəkləri,  gödəkçələri, iri metal düyməli, çoxlu cibləri olan geyim növlərini  görə bilərik.
Xanımlar da bu geyimlərdən yan keçməyiblər. Onların da qarderobunda  bu üslubda palto, pencək, tunika, qızılı düyməli jiletlər, yubka, hərbi şalvarları  və xaki rəngli aksessuarları görmək olar.
Top