Kokteyl gecələri 1920-ci illərdə Amerikada yaranıb. Bu şənliklərdə iştirak edən xanımlar daima qeyri-adi donların axtarışında olublar. Əvvəlcə xanımlar çox qısa olmayan donlar geyinirdilər. Bu donların fasonun fərqliliyi onların qolları və boynu açıq olmasında olub. Belə donları cəsarət edib geyinənlər əksəriyyəti subay gənc xanımlar olub.
Artıq 1930-cu illərdə dar və düz ətəkli donlar dəbə minir. Bu cür geyimləri müxtəlif yaşlı xanımlar, həmçinin, evil qadınlar da geyinməyə başlayır.
Müxtəlif geyim formalarının artması kokteyl gecələri üçün donları məşhurlaşdırıb. Bu günə qədər kokteyl ziyafətləri üçün donlar dəyişilir, yeniləşir və hər dəfə bu geyimlərə cürbəcür maraqlı detallar əlavə olunur.