Hər dəfə eyni formada, eyni görkəmdə, eyni stildə geyinmək dəbdə monotonluğa gətirib çıxarır. Ən dəbli insanlar öz geyim formalarını gündən-günə dəyişməyə çalışır. Tanınmış modelyer, dizayner, hətta psixoloqlar belə hesab edirlər ki, bu hər bir insanın həyat tərzinə, iş əmsalına və bəzən də xarakterinə təsir edir. Aparılan təcrübələr də göstərir ki, belədə ətrafdakılar da sizi yaxşı qəbul edir.
Mənbə: İctimai televiziya
Müxtəlif üslubları, müxtəlif stilləri birləşdirib, geyinərək, insanın öz obrazını da formalaşdırır. Bu mövzuda tanınmış dizayner və modelyerlərin təqdim etdiyi üslublarla sizi tanış edirik:
1) Militari və kantri. Hərbi formalı jaket, trikotaj kardiqan və üstündən də uzun güllü şarf dəbli görsənir.
2) Rok və hippi. İpək köynək, top-mayka və enli kovboy toqqalı cinslə yaxşı uyuşur.
3) Klassika və safari. Qara qolsuz köynək, düz ağ şalvar və üstən də qum rəngli qatlama cibli jaket geyinsəniz, dəbli görsənə bilərsiniz.
4) Etno və denim. Növbəti model: qısa və yaxud uzun naxışlı tunika-don ilə cins jaket və daş-qaşla bəzədilmiş papaq.
5) Romantika və qranj. Toxunma kardiqan, düz biçimli yubka və aksessuar kimi isə şarfdan istifadə etsəniz yaxşı görünərsiz.
6) Retro və müasir geyimlərin qarışığı: toxunma palto,ətəyi qatlanmış formalı cins şalvar, pulover-şarf.
Əziz xanımlar, unutmayın, ən dəbli geyim növü rəngarənlik və qeyri-adilikdir.