Dəb yaranan gündən özünün bir stili, üslubu, forması olub. Tanınmış dizayner və modelyerlərin fikrincə, hər geyimin öz yeri, vaxtı, vədəsi var. Hər geyimi hər yerdə və istədiyin vaxt geyinmək olmaz. Odur ki sizə tanınmış modelyer və dizaynerlərin hansı geyimi nə vaxt, harda və necə geyinməyinin bir neçə üsulunu təqdim edirik.
1. Klassik
2. İdman 3. Etnik 4. Romantik Əziz xanımlar, biz sizə dünya dəb aləmində mövcud olan əsas dörd geyim növünü təqdim etdik. Bu geyimləri harda , nə vaxt və necə geyinmək isə, sizdən asılıdır. Bu sadaladığımız üsullara riayət etsəniz hər yerdə, hər zaman daima gözəl, yaraşıqlı və cazibədar görünəcəksiniz. Mənbə www.itv.az
Bu növ geyimlərdə artıq heç bir element gözə dəymir. Bu stil dəblə o qədər də ayaqlaşmır. Ciddi insanların stilidir və dövlət əhəmiyyətli tədbirlərdə, məclislərdə istifadə olunur. Bunlar: klassik ingilis kostyumu,ingilis yaxalıqlı düz biçimli palto, dizə qədər olan düz karandaş yubkalar, futlyar-donlar, düz biçimli şalvarlar.
Əsas rənglər: boz, ağ, bej və qəhvəyi
Bu formalı geyimlər əsasən insana bir komfort və dinamizm gətirir.
Onların əsas növləri: mayka, futbolka, polo tipli köynəklər, idman stilli enli şalvarlar, köpürdülmüş gödəkçələrdir.
Əsas rəngləri: boz, mavi, təbii “ekoloji” rənglər.
Belə tipli geyimləri əsasən gəzintilər, səyahətlər eləcə də müxtəlif idman yarışlarında geyinmək olar.
Belə geyimlər insanları adətən əcdadlarına, keçmişinə daha yaxın edir. Bunlar əsasən milli geyimlər üzərində tikilən paltarlardır. Müxtəlif milli naxışlarla, ornamentlərlə bəzədilmiş geyimlərdir.
Əsas nümunələri: peysli naxışlı tunikalar, enli uzun xalatlar, buta təsvirli donlar, allı- güllü sarafanlar, millibəzəkli yubkalar, nazik enli şarovarlar, araqçınlar, jiletlər.
Rəngləri: ən parlaq və dolğun qırmızı, göy, yaşıl, terrakota rəngləridir.
Belə geyimləri adətən milli tədbirlərdə, etnik şənliklərdə, sərgilərdə, müxtəlif bayram və festivallarda geyinirlər.
Bu cür geyimlərə əsasən yaradıcı insanlar üstünlük verir.
Bu geyim növü əsasən incə, zərif, xəyalpərvər xanımların dəbidir. Onlar geyimlərdə zərif aksessuarlara: lentlərə, bantlara, büzmələrə, güllərə daha çox üstünlük verir.
Tipik nümunələri: büzməli koftalar, qat-qatlı yubkalar, ziyafət geyimləri, yüngül ipək donlar.
Əsas rəngləri: incə çəhrayı, mavi, ağ,açıq firuzəyi, bənovşəyi.
Belə geyimləri əsasən teatral gecələrə, klassik musiqi konsertlərinə, bal gecələrinə və müxtəlif görüşlərə geyinmək olar.