Şuba

Şuba

Modelyerlərin fikrincə, hər geyimin, aksessuarın şahanə bir növü olur. Qış üst geyimlərinin isə onnillər boyunca bir şahanə növü varsa, o da şubadır. Təbiət sevənlərin və heyvanları müdafiə edənlərin etirazına baxmayaraq, bu gün də ən dəbli şubalar təbii xəzlərdən və aşılanmış heyvan dərilərindən hazırlanır. Bunların sırasında norka, kül rəngli şimal tülküsü, dağ keçisi, ərəbdovşanı, skuns, qunduz, samur, qara-qonur tülkü xəzi, vaşaq və şinşilla xüsusi yer tutur.
şinşilla şuba,шуба шиншиллыYer üzündə ən bahalı şuba şinşilla dərisindən hazırlanan sayılır. Cənubi Amerikada yaşayan bu heyvanın dərisindən 60-80 saçaq ayrılır. Bu xəzli heyvanların dərisindən hazırlanan şubalaraın müxtəlif növləri var. İllərcə bu növlər dəyişilir, modelyer və dizaynerlər tərəfindən inkişaf etdirilir. Bu mövsüm isə əsasən qısaqol, hətta jiletvari, qolsuz, uzun kəmərli şubalar dəbdədir. Bu mövsüm dizaynerlər şubaların çiyinlərinə daha çox dəyişiklik ediblər. Belə ki, enli çiyinli, klassik dik yaxalıqlı, iri düyməli uzun şubalar diqqəti xüsusi cəlb edir. O biri mövsümlərdən fərqli olaraq bu il şubalar başlıqsızdır.
Rənglərə gəlincə isə, şahanə şubaların əbədi bir şahanə rəngi varsa, o da qaradır. Əlbəttə ki, klassik ağ şubaların da öz yeri var. Bundan başqa, parlaq rəngli şubalar da gündəmdədir. Ən populyar rənglər isə qırmızı, sarı, göy, bənövşəyi şubalardır. Bu rənglər Betsey Johnson, Bill Blass, Ann Demeulemeester və Blumarine kolleksiyalarında xüsusi yer tutur.
Əziz xanımlar, şahanə görünmək istəyirsinizsə, dəbin şahanə olan geyimi şubalardan istifadə edin.

Mənbə: www.itv.az

Top