Tençlər universal geyim növü sayılır. Bu payız isə trençlərin dünya dəb aləminə bir növ triumfu başlanıb.
Xatırladaq ki, trenç ilk dəfə 1914-cü ildə “Burberry” şirkətinin banisi Thomas Burberry tərəfindən ingilis zabitləri üçün tikilib. Trençlər “Burberry”-nin ideyası əsasında hazırlanan islanmayan, hava keçirən, rahat və elastik materialdan istehsal olunub. Trenç-plaşlar “Burberry”nin bütün kolleksiyalarında əsas yer tutur, mövsümündən asılı olaraq, dizaynı və funksiyalarına görə fərqlənir. Klassik iki yaxalı trençləri görəndə ilk növbədə hərbi şinel və buşlatlar yada düşür. Amma bu heç də o demək deyil ki, bu geyim növü bütövlükdə hərbi formalardan götürülüb. Əksinə, onlar bir-biri ilə sintez şəkildə inkişaf edir. Düzdür ilk trenç formaları qədim hərbi geyimlərdən bir neçə element əxz edib. Amma trenç formaca inkişaf etdikcə, daha müasir dəblə ayaqlaşıb.
Havalar soyuduqca xanımlar qarderobunda trençə daha çox üstünlük verir. Eləcə də plaşlara.
Bunların ən dəbdə olan növü isə klassik ingilis formasıdır. Böyük Britaniya duman və yağışlar diyarı olduğundan bu ölkədə trenç və plaşlar xüsusi əhəmiyyət kəsb edir.
Belə geyimlərin rəng seçiminə də diqqət yetirin. Dünya modelyerləri belə qənaətə gəlib ki, bu ilin ən dəbli payız rəngi qara olacaq.
Qara dar şalvarlar, qara ofis geyimləri, qara uzunboğaz çəkmələr, su keçirməyən qara plaşlar və bir sıra qara rəngli geyim növləri payızın dəb aləmini bəzəyəcək.
-Daha demokratik obraz üçün qısa trençi seçin. Sərbəst ikidüyməli trençə üstünlük verin. Belə rençləri cinclə və aşağıdabanlı ayaqqabıyla geyinə bilərsiniz.
-Qlamur obraz üçün uzun modelləri seçmək məsləhətdir. Belə trençləri qarşısı açıq şəkildə geyinmək lazımdır. Belə olan halda ətrafdakılar nə geyindiyinizi görə biləcəklər.
-Gecə gəzintiləri üçün klassik və uzunluğu dizə qədər olan ikidüyməli trençlərə üstünlük vermək lazımdır.
Belə geyimləri həm gündəlik həyatda, həm də müxtəlif ziyafətlərə geyinmək olar. Trençi ən çox klassik kostyum, şalvar, düz yubka, ziyafət geyimi ilə uyğunlaşdırmaq olar. Dəridən tikilmiş klassik trençlər isə istənilən rəngli paltarla yaxşı uyğunlaşır.
Plaşların uzunluğuna gəlincə, onlar bir qədər dizdən aşağı olacaq.
Bir sözlə, qara və qara çalarlı rənglər payızın lider rəngləri, qara rəngli plaş və trençlər isə mövsümün hiti olacaq.
Əziz xanımlar, yağışlı payız günləri qapını kəsib. Qarderobunuza bir daha nəzər salın.Mini Trençlər
İki yaxalı trençlər boğaza qədər qalxıb, düymələnir. Bu da insanları küləkdən və soyuqdan qoruyur. Bej rəngli trençləri hamı geyinir. Gənclər isə göy rəngə daha çox üstünlük verir. Belə trençlər daima dəbli və aktualdır.
Bəs mini trençləri nə ilə geyinməli?
1) Əsasən, cins şalvarlarla və yastıdaban ayaqqabı ilə, kiçik kablukla da geyinmək olar.
2) Belə trençləri seçəndə çalışın, iki yaxalısını götürəsiniz.
3) Uzun trençləri enli bərk çəkilən kəmərlə seçib, götürün
4) Ziyafətlərə və müxtəlif məclislərə getmək üçün klassik uzun iki yaxalı trençlər məqsədəuyğundur.
5) İri düyməli və bərkidilmiş toqqalar belə treçlərə yaraşır. Külək əsəndə, yaxalığını qaldıra bilərsiniz.
6) Enli şalvarlarla isə mini- trençlər geysəniz, yaxşı olar.