Christian Dior

Christian Dior

Christian Dior 1905-cil il yanvarın 21-i normandın balaca Qarnvil şəhərciyində anadan olmuşdur.1911 ci ildə isə o ailəsi ilə birlikdə Parisə köçmüşdür.Diorun valideynləri çox imkanlı insanlar idi.Baxmayaraq ki,o 5 uşağın ikincisi idi,onun heç nəyə ehtiyacı yox idi.O ilk təhsilini evdə almışdır.Sonra isə valideynlərinin təkidi ilə diplomatik karyera qurmaq üçün hazırlaşmağa başlamışdır. Kristian siyasi elmlər məktəbinə daxil olmuş,elə bununla da onun siyası fəaliyyəti sona yetmişdir.Coğrafiya və beynəlxalq hüquqla məşgul olmaq əvəzinə o öz vaxtlarını muzeylərdə keçirtmiş,musiqi ilə maraqlanmışdır.

Kristian Dior

1928-ci ildə Kristian öz dostu Jan Bonjakla birlikdə qalereya açmış və burda Pikassonun,Derenanın,Matissonun əl işləri nümayiş olunmuşdur.
1931-ci ildə onun anası xərçəng xəstəliyindən vəfat etmiş,atası isə fırıldaqçılığın qurbanı olub,müflisləşmiş və tuberkulyiz xəstəliyinə tutulmuşdur.Elə bu vaxtda Kristianın qalereyası bağlanmışdı.Bu zaman Le Figaro Illustre jurnalında onun şlyapa və paltar eskizləri çap olunur.Baxmayaraq ki,şlyapa eskizləri daha çox marağa səbəb olur,Dior qadın paltarları üzərində çalışmağa başlayır.1938 ci ildə məşhur modelyer Rober Piq ilə tanış olsada,müharibə onun karyerasına mane olur.Lakin 1941-ci ildə yenidən Parijə qayıdır və Lucien Lelong moda evi ilə çalışmağa başlayır.
1942 ci ildə Dior parfumeriya labaratoriyası açır.Sonra isə Christian Dior Perfume adlı böyük firmaya çevrilir..
Müharibədən sonra 1946-dı ildə o fabrikant  Marcel Boussac-ın maddi köməkliyi ilə öz moda evini açır.
1947-ci ildə o özünün ilk kolleksiyasını təqdim edir.Bu müharibə dövründə qadınların gözəlliyini biruzə verən çox gözəl bir kolleksiya idi.İlk dövrlərdə  Dior bir o qədərdə uğur əldə etməsədə,bir ildən sonra  Avropa və Amerika onun yeni stilini qəbul etdi.



Dior həmçinin Parisin moda paytaxtı adlandırılmasında əməyi olmuş modelyerlərdən biri olmuşdu.

Dior 24 oktyabr 1957- ci ildə 52 yaşında ürək xəstəliyindən vəfat etmişdir.

1953-cü ildə İv Sen  Loran moda  evinə gəlir,və Diorun qəfil ölümündən sonra firmanın idarə etməyə başlayır.1960-cı ildə İv Sen Loran hərbi xidmətə çağırılandan sonra onun yerini Mark Boan tutur.Sonra isə 1989-cu ildə onu Janfranko Ferre əvəz edir.1996 cı ildə isə Dior evinin baş modelyeri vəzifəsinə Con Qalyano təyin olunur.

Dior parfumeriyası öz satış həcminə görə dünyada 4-cü yeri tutur.
Hal-hazırda Dior ətrinin 97 növü vardır.Onlardan birincisi isə 1957 ci ilə buraxılan Christian Dior Miss Dior ətridir.

Dior parfümü

Christian Dior brendi altında təkcə paltarlar,aksesuarlar, yox həmçinin kosmetik vasitələr,dəriyə qulluq vasitələri də buraxılır.2006-cı ildə isə brend kişilər üçün kosmetik vasitələr buraxmağa başlayıb.

Dior kişilər üçün dəst
Top