Üzərimizdəki hər geyimin öz funksiyası var. Onlar bizi istidən, soyuqdan qoruyur, bədənimizi örtür və sairə. Bəs qalstukun funksiyası nədən ibarətdir və kişlərə məxsus olan bu geyim nə vaxt yaranıb?
1635-ci ildə 30 illik müharibə zamanı Fransa Kralı XIII Luis üçün döyüşən 160 minə yaxın legioner və cəngavər arasında bir qrup əsgər paltarlarındakı bir elementə görə başqalarından fərqlənib. Xorvat əsgərlərinin fərqləndirən boğazlarına bağladırları dəsmallar idi.
Əsgərlər müharibədən sonra zəfərin qəhrəmanları kimi Parisə aparılıb kralın hüzuruna çıxarılıb. Onların boynundakı rəngli dəsmallar romalı natiqlərin səslərini qorumaq üçün boğazlarına sarıdıqları dəsmallara bənzəyib. Bu əsgərlər kralın o qədər xoşuna gəlib ki, özü üçün də boğazına dəsmal bağlayan alay yaradıb. Qalstuk sözü də xorvat dilində "Croat" sözündən yaranıb.
1650-ci illərdə qalstuk fransız aristokratiyası arasında yayılır. Çox keçməmiş bu dəb İngiltərəyə də sıçrayır. Heç bir kişi boğazına bir şey taxmadan özünü rahat hiss etmir.
Qalstuk o vaxtlar elə möhkəm bağlanırdı kı, onu taxanlar başlarını fırlada bilmirdilər. Yüz illər ərzində qalstkun bağlanma şəkli dəfələrlə dəyişib. 1970-ci ildə qalstukun populyarlığı yenidən artıb.
Qeyd edək ki, hər il dünyada 800 milyondan artıq qalstuk satılır.
Mənbə: Anspress.com
Gərək mən də qalstuk bağlamağı öyrənəm))))