Tarix turniri.1-ci buraxılış

Tarix turniri.1-ci buraxılış

Sizlərə maraqlı tarixi suallar təqdim edirəm .Buyurun,fikirləşin və cavablarınızı yazın. 1 sual.O dustaq  olsada  sarayda  3 otağı  və  qulluqçusu  var idi, səfirlikdən  yemək  alırdı, senzuranın  nəzarəti olmadan  məktublaşa  bilirdi.Onun adı nədir? 2 sual. Makedoniyalı İskəndər Demokritin saysız dünyaların mövcudluğu təlimi haqqında öyrənəndə,çox kədərləndi.Sizcə niyə? 3 sual. Tez-tez müharibələr edən Spartanı həmişə iki sülalənin Aqiadlar və Evripontidlər  hökmdarları idarə edirdi.Onlar öz vəzifələrini necə bölürdülər?  
Top