Budəfəki mövzular:Yelpikli mövzu, ...esk... ,Qırmızı mövzu,Nə mutlu türküm deyənə,Qələbə bizimlədir!
Yelpikli mövzu100.Bu Azərbaycan şəhərinin küçələri yelpik şəklində şəhərin mərkəzi ətrafında dövrələnmişdir
200.F.Əmirov P.Sarasatenin məhz bu romansını opera partiturasına daxil etmişdir
300." O, üzünə dəyən yüngül mehdən ayıldı. Əynində sarı paltar, əlində yelpik olan bir qız onun başı üstündə dayanmışdı. Nok Fana elə gəldi ki, o, bu qızı hardasa görmüşdür." Bu sözlər hansı Vyetnam nağılındandır?
400.Bu ləziz yeməyi hazırlamaq üçün badımcan,bekon,pomidor,bolqar bibəri,pendir,mayonez,sarımsaq,cəfəri və ya keşnişdən istifadə olunur
500.Mərcan poliplərinə aid bu heyvan görünüşünə görə həm də tora oxşayır
...esk...
100. Qədim Yunan və Qədim Roma mifologiyalarına görə şəfa allahı məhz o idi
200.Məhz bu xalqın nümayəndələri salamlaşanda burunlarını bir-birinə sürtürlər
300.Osmanqazi universiteti məhz bu vilayətdə yerləşir
400.Bu şəhər Brisben Valley yolunda,İpsviçdən 90 km şimalda,Kvinslenddə yerləşir
500.Formula-1 tarixində ən uzun trass məhz bu olmuşdur
Qırmızı mövzu
100. Məhvolma təhlükəsi altında olan heyvan, bitki və göbələk növləri haqqında məlumat toplanan kitab məhz budur
200.Elektromaqnit şüalanmanın tezliyinin azalması məhz belə adlanır
300.SSRİ-də 1920-1933-cü illərdə, Azərbaycan Sovet Sosialist Cümhuriyyətində isə 1922-1933-cü illərdə bu orden verilmişdi
400.İsmayıllıdakı kəndlərdən məhz bunun adı mövzu ilə səsləşir
500.Qırmızı rəngin mənalarını araşdıran bu filmin ssenari müəllifi Günel Mehridir
Nə mutlu türküm deyənə
100.Azərbaycan dili türk dilləri ailəsinin məhz bu dil qrupuna aiddir
200.O,Nobel Ədəbiyyat mükafatı laureatı olan yeganə türkdür
300.Məhz bu güləşçinin ləqəbi "Qorxunc Türk" idi
400.Bəstəkar Niyazinin sənədli kinoda ilk işi olan bu film qadınlara həsr olunmuşdur
500.Orqanizmdə türk yəhəri çuxurunda məhz bu orqan yerləşir
Qələbə bizimlədir!
100.Qədim Roma Mifologiyasında qələbə ilahəsi məhz o idi
200.Yunan-Roma güləşində rəqibin kürəyini yerə vurmaqla qalib gəlmək məhz belə adlanır
300.Bu ölkə FİFA Çimərlik futbolu üzrə Dünya Kubokunda 3 dəfə finala çıxsa da,heç vaxt qələbə qazanmamış,3 dəfə 2-ci,4 dəfə 3-cü olmuşdur
400.Rejissoru Musa Bağırov olan bu filmdə dövlət xadimi Heydər Əliyevi, tanınmış inşaatçı Məmməd Hüseynovu, əyirici Tamara Xmılnikanı görür, onların söhbətlərini dinləyirik
500.Qələbə adası bu dənizlə Şekllon şelf buzlağı arasında yerləşir
Həmçinin bax:
"Xəmsə" oyununun sualları-1