"Nə, Harada, Nə vaxt" sualları - Hikmət Əliyev

"Nə, Harada, Nə vaxt" sualları - Hikmət Əliyev

1)1924-cü ilddə  «Philip Morris» kompaniyası bütün dünyaya yenilik elan elədi.İstehsala nazik qadın X-ləri buraxılmışdı. Reklamda «May kimi yumşaq»deyildiyindən X qadınları özünə gözlənildiyindən də çox cəlb etmişdi.Zino isə X-i yuxuya getmiş gözələ bənzədirdi.X-in nə olduğunu tapın.

2)Enşteyn onu Əlahəzrət Uşaq adlandırırdı.Öz qəhrəmanı haqqında belə deyirdi: «O, həm avara, həm centlmen, həm şair, həm də macəra axtarandır. Arzulayır ki, ona inansınlar, guya alimmiş, musiqiçiymiş, yaxud hersoqmuş. Yerdən siqaret qırığı götürə, uşağın əlindən konfetini ala bilər»Onu tanımaq üçün sizə bu üç söz sizə kifəyət edər.Şlyapa, iri çəkmə və əl ağacı...onun kim olduğunu tapın.

3)Yəhudilərin nə qədər ağııllı olduğunu göstərən bir əhvalata qulaq asın:Amerika İsrailə həm iqtisadi həm də siyasi məqsədlə kömək etmək üçün onlara 2 general verə biləcəklərini bildirdilər.Yəhudilər çox düşündülər və amerikalılardan bu iki generalı almaq qərarına gəldilər.Kömək üçün deyək ki, bu generallardan birinin xidmətində duranların sayı 250 minə yaxındır, digərinin adını çəkiləndə isə Tomas Edisonu yada salmamaq mümkün deyil.Söhbətin hansı generallardan getdiyini tapın.

4)Blits:

1)Tariхi mövzuda yazılmış bu roman Orhan pamuka yazıçıya beynəlхalq miqyasda şöhrət qazandırmışdı. Əsərin çapından az sonra «Nyu-York Tayms» qəzeti yazmışdı: "Şərqdə yeni ulduz doğmuşdur. O, türk yazıçısı Orхan Pamukdur".Söhbətin hansı əsərdən getdiyini tapın.

2)Keşiş dağ məbədi, həmçinin digər adıyla Qaraca məbədi kimi tanılan bu məbəd — Azərbaycanın Gürcüstanla sərhəddində, hazırda mübahisəli ərazi sayılan zonada yerləşən qədim Alban məbədidir.Azərbaycan tarixçilərinə görə məbəd gürcülər tərəfindən yalnız bu şəxsin hakimiyyəti dövründə ziyarət edilməyə başlanmışdır.Kimin?

3)Şahmatda bu işarələrlə göstərilən əməliyyatın adını yazın:  0-0 və 0-0-0

5)ibn Sina bunun haqqında nəzəriyyə yaratmışdı. Belə ki onun fikrincə bu dalğavari, milvari, ikizərbəli, uzun, titrək, kiçik, yavaş, əsəbi, gərgin, alçaq, qarışqavari mişarvari, dolu və boş ola bilər» deyə o «Qanun»da yazır. Deyilənə görə, o buna görə xəstələrə diaqnoz da qoya bilirmiş.Nəyə görə?

Top