1)Roma legionerlərinin məvacibini çox vaxt pulla deyil, onun vasitəsilə ödəyirdilər.Maraqlıdır ki, ingiliscə məvacib sözü də bu sözdən törəyib.Dəvə ilə bağlı bir Azərbaycan məsəlində onun adı çəkilir.Söhbət nədən gedir?
2)Bir dəfə İsgəndərə xəbər çatdırırlar ki, onun əsgərləri pis bir əhval-ruhiyyədədirlər, növbəti döyüşdən sonra əllərinə keçən hər şeyi qarət edib, öz aralarında bölməyi planlaşdırırlar. İsgəndər bunu eşidib deyir:
— Bunun harası pisdir.İsgəndərin cavabını tamamlayın.
3)Qədim Şərqdə geniş yayılımış əhvalata qulaq asın:
Hansısa padşah qərb və çin rəssamılarını toplayıb böyük ənam vəd edərək möhtəşəm rəsm yarışması düzəldir. Arasına süni divar qoyulmuş iki otaqda işləyən rəssamların qərbdən olanları fırçalarını ürəklərinin qanına batıraraq qeyri-adi tablo yaradırlar. Çinlilər isə, indi bahalı qərb mallarının ucuz kopisi ilə dünya ticarətində lotuluq etdikləri kimi, sadəcə bir X hazırlayırlar. Aradakı divar götürülüncə hamı heyrətlənir! İnsanlar qərblilərin hazırladığı orijinal əsərdən daha çox çinlilərin hazırladığı X-ə baxırlar.Diqqət sual:çinlilər nə hazırlamışdı?
4)23 oktyabr 1963-cü ildə Dünya yığması ilə bu yığma arasında keçirilən futbol matçı tarixə “əsrin matçı” kimi düşüb.Dünya yığmasının rəqibini tapın.
5)Forbs jurnalının Halloven bayramı ərəfəsində tərtib etdiyi siyahıda birinci yerdə Maykl Ceksonu görmək olar.Həmçinin bu siyahıda Elvis Presli, Con Tolkien, Doktor Syuz, Albert Eynşteyn, Con Lenon kimi şəxslərin də adına rast gəlmək olar.Bu siyahının nəyə əsasən tərtib olunduğunu tapın.
Sualların müəllifi: Hikmət Əliyev