Rövşən Əskərovdan NHN sualları

Rövşən Əskərovdan NHN sualları

Yəqin "büllur Bayquş"( хрустальная сова) laureatı Rövşən Əskərovu çoxunuz tanıyırsınız.
buradakı sualları o keçən əsrin sonlarında hələ tamaşaçı olarkən vermişdir.bütün sualları yerləşdırə bilməsəm də bir neçəsini yazıram.
Rövşən Əskərov1.ABŞ-ın Ohayo ştatında Kuyaxoqo dairəsinin şerifinə belə bir tapşırıq verilmişdi. Müxtəlif cinayətlərə görə 
izlənən  4982 nəfərin axtarışı dayandırılsın. Bu qərar praktik məqsədlərlə verilmişdi.
Sizcə bu qərarın səbəbi nə idi?

2.  Cavanlıq vaxtı makedoniyalı İskəndər yaxşı qaçırdı.Buna görə də atası ona Olimpiya oyunlarında iştirak etməyi təklif etdi.O isə bir şərtlə  iştirak etməyə razılıq verəcəyini bildirdi.
Makedoniyalı İskəndərin şərti nə idi?

3.Filosof Afinodor Sezara deyirdi: Nə vaxt ki, hirsləndin   24 dənənin hamısını yadına salana qədər heç nə danışma və heç nə etmə.
Sizcə filosof Sezara nəyi yada salmağı məsləhət görürdü?

4. 1955-ci ildə Rey Krok Mak və Dik qardaşlarının tərəvəzləri necə məharətlə doğrayıb əla buterbrodlar hazırladıqlarını görərək dərhal onlarla müqavilə bağladı.
Bu qardaşların soyadı nə idi?

PS.sonuncu ən asan sualdır.Uğurlar.
Top