Vunderklass - suallar IX

Vunderklass - suallar IX

111. “Gəlin dilimizi öyrənək!” seriyasından növbəti sual: Bu məişət əşyasının tarixi yəqin ki çox qədimdir. Adından da məlum olduğu kimi, işini zor tətbiq edərək görür. Əsas vəzifəsi isə bir Azərbaycan məsəlindəki korla eynidir. Siz isə bu əşyanın adını Azərbaycan dilində yazın!  
Müəllif: Vüqar Bağırlı 

112. Diqqət sualda əvəzetmə var! Suxomlinskinin fikrincə qızı X kimi sevməzdən əvvəl, onu Y kimi sevmək lazımdır. Deyim ki, bütün X-lər Y-dir, amma bütün Y-lər X deyil. 1 dəqiqə ərzində X və Y-i düzgün ardıcıllıqla yazın. 
Müəllif: Seymur Salamov, Vüqar Bağırlı 

113. Bu siyahıda böyük şəhərlərdən Milan, Lion və Monrealı görmək olar. Paytaxtlardan isə Filippinin, Bəhreynin, Perunun, İordaniyanın və bir neçə kiçik dövlətin paytaxtı bu siyahıya daxildir. Siz isə bu siyahıya düşən yeganə Avropa paytaxtını deyin. 
Müəllif: Seymur Salamov
Top