Latın dilində "bağışlayan", "qurban verən" deyin:
Cavab: donor
2. Gənc olanda günün altında şellənirəm)) Orta yaşlarımda hamını məsuliyyətsiz və kefcil edirəm. Qocaldıqca isə dəyərim artır. Mən nəyəm?
Cavab: şərab.
3. Bu ölkənin paytaxtının adı tərcümədə 3 şəhər deməkdir.
Cavab: Liviya. Söhbət Tripoli şəhərindən gedir (tri+poli)
4. Sokrat şagirdlərinə məsləhət görürdü ki: "Heç kimin məsləhətinə qulaq asmayın, hətta ... ".
Cavab: " mənim də"
5. Alman dilində "möcüzə-uşaq" deyin
Cavab: Vunderkind
6. Uzaq cisimləri görmək üçün-teleskop, kiçik əşyaları görmək üçün-mikroskop, olduğunuz yerdən hündürdə yerləşən cisimləri görmək üçün-periskop, bəs divardan o biri tərəfdə olanları görmək üçün?
Cavab: pəncərə :)
7. Bu avtomobil markasının adı Zərdüşt tanrısının adından götürülüb:
Cavab: Mazda (Ahura-Mazda).Firmanın əsasını qoyan Dzudziro Mazudanın adı ilə oxşar səslənir.
8. ”6 milyon meşəsi” hansı ölkədədir?
Cavab: İsraildə. Faşistlərin öldürdüyü hər yəhudinin xatirəsinə İsraildə bu meşədə bir ağac əkilib. Ətraflı http://lichoman.livejournal.com/31541.html
9. Lətifəni tamamlayın. İnsanlar 3 yerə bölünür: Saymağı bilənlər və ....
Cavab: İnsanlar 3 yerə bölünür: Saymağı bilənlər və saymağı bilməyənlər ))
10. 12 fut dərinliyi,13 düym eni və 14 qarış uzunluğu olan xəndəkdən nə qədər torpaq qruntu çıxarmaq olar?
Cavab: Heç nə qədər. Çünki onsuz da xəndəkdə torpaq olmur,o qazılıb çıxardılıb)))
11. Bir neçə il bundan əvvəl Bakıya qonaq gəlmiş insan hüquqları və s. üzrə ixtisaslaşan bir qərbli Dərnəgül şosesi tərəfdən keçirmiş. Onun dediyinə görə Bakıda intim xidmətlər göstərilən yerlər kifayət qədərdir. Sizcə o nəyə əsasən belə fikir yürüdürdü?
Cavab: sex (taxta sex, çörək sex)
12. Qaynana əlindən əziyyət çəkən kişilər ən çox ona paxıllıq edir.
Cavab: Adəm peyğəmbər.
13. Bir az sərt olsa da pinqvin əti kifayət qədər dadlıdır. Bəs hansı xüsusiyyətinə görə ayılar pinqvin əti yemir?
Cavab: ayrı-ayrı qütblərdə olurlar.
14. 8 vəhabit(vəhhabilik təriqətinə etiqad edən) adama proqrammistlər qısaca belə deyirlər?
Cavab: vəhabayt(Восемь ваххабитов - один ваххабайт)
15. Bu uçuş 1975-də Üç Oskara layiq görüldü
Cavab: Qu-qu quşu yuvası üzərindən uçuş (One Flew Over the Cuckoo's Nest, Пролет над гнездом кукушки)
Suallar burdadır.
1.