98. Onlardan biri 1841-ci ildə Hind okeanının bir adasında meydana gəldi. Digəri 1854-cü ildə Livinqston tərəfindən kəşf olundu. Başqa birisini üç Afrika ölkəsi öz arasında bölüşdürdü. Biri hal-hazırda Kanadaya məxsusdur. Biri isə bu yaxınlarda məşhur ingilisə qismət oldu. Sual: Həmin ingilisin adı nədir?
99. Orta əsrlərdə bu işlə çox vaxt varlılar boş vaxtlarında məşğul olurdular. Bu işin görüldüyü məkanlar isə şəhərlərin böyüməsi və sənayenin inkişafı ilə əlaqədar olaraq getdikcə şəhər kənarlarında tikilməyə başlandı. Dünya tarixində ən qədimlərinə misal olaraq Cənubi Koreyadakı Çxomsondeni, Perudakı Canquillonu və Makedoniyadakı Kokinonu göstərmək olar. Siz İsə Azərbaycan Respublikasındakı ən məşhurunu deyin.
100. Təklikdə xanım, gəlin mənasını verən bu söz şəhərlə birləşəndə Axundovun bir komediyasını, güllə birləşəndə kitabi-Dədə Qorqudu, Ayla birləşəndə Xəmsəni, günəşlə birləşəndə isə adı gücsüz, özü güclü olan bir insanı xatırladır. Həmin insan kimdir?