Vunderklass - suallar V

Vunderklass - suallar V

91. Etruskların yeraltı tanrılarından biri olan Setlansa Populoni şəhərində daha çox qəbul olunmuşdu. O, yeraltı alov tanrısı idi və metal şəhəri Populonidə metallurgiyanın himayədarı idi. 
Sual: Bəs onu hansı Roma tanrısına bənzədirdilər? 
Müəllif: Emin Əmirov 

92. Latınca adı “Basiliscus basiliscus” olan bu kərtənkələ növü Mərkəzi və Cənubi Afrikada, əsasən də çay kənarlarında yaşayır. Adını bir yunan mifoloji varlığından götürən Basilisk kərtənkələsini digər növlərdən fərqləndirən bir özəlliyi var - o,sürəti hesabına suyun üzərində qaça bilir. Elə bu özəlliyinə görə də ona bu adı veriblər. Hansı adı?  
Müəllif: Vüqar Bağırlı 

93. Kubanın paytaxtı Havana şəhərinin küçələrində qədim amerikan avtomobillərini görmək olar. Onlar şəhərə xüsusi gözəllik verir və elə bu səbəbdən də sahibləri onları turistlərə satmaqdan imtina edirlər. Hətta bu avtomobillər xarab olduqda belə, onları təmir etməyə cəhd belə göstərmirlər. Niyə? 
Müəllif: Emin Əmirov 

94. Bu, hərkəsin həyatında maksimum bir dəfə baş verə biləcək hadisədir. Və onun ömrü yalnız bircə gündür. Bu ən tez halda 1 yaşında, ən gec halda isə 31 yaşında baş verir. 31 yaşdan sonra isə bunun baş verməsi mümkün deyil. Ağlınıza pis-pis şeylər gətirməyin və deyin: Söhbət nədən gedir? 
Müəllif: Seymur Salamov 

95. Diqqət sualda bənzətmə var! Bu “beşayaqlı tısbağa” 90 ildən artiqdır ki, böyüyün böyüyüdür. Onun heç vaxt hərəkət etməməsi da çox təbiidir. Bir mahnının sözlərinə görə isə o, heç vaxt yatmır. Sual: Bəs biz onu hansı adla tanıyırıq? 
Müəllif: Seymur Salamov
Top