Sakura 30 may turniri

Sakura 30 may turniri

Suallar burdadır!



Həmişəki kimi,bugün axşam saat 18:00 Sakura turniri olacaq. Sualların çoxu asan olduğu üçün onların sayı 20 olub. Bu dəfə istifadəçilərin dünyagörüşünün nə qədər geniş olduğu yoxlanılacaq.
Digər bir xəbər isə odur ki,vaxt məhdudluğu ilə əlaqədar sualları hazırlamağa vaxt qalmır. Ona görə də Sakura turnirinin keçirilmə tezliyi iki həftədən bir olur. Əgər aktivlik olsa və istifadəçilərin  sual yerləşdirməkdə aktiv olsa,yarışı daha tez-tez keçirmək olar.



1. İngilis dilindən sonra dünyada ən çox danışılan Avropa dili hansıdır?
Cavab: ispan

2. Yunan dilində 4 yerə qatlanmış vərəq perqament parçasını necə adlandırırdılar? Rus dilini öyrənmək lazımdır:)
Cavab Тетра́дь (yunanca. τέτρα — «dörd»)

3. Bu şəhərin adı Ptolomeyin əsərində Makoraba adıyla rast gəlinir. Bu şəhərdə dini diskriminasiya var.
Cavab Məkkə. Şəhər ancaq müsəlmanlar üçündür. Bir dəfə ərəblər ora fransız xüsusi xidmət orqanlarının daxil olmasına icazə vermişdilər.

4. Bu alkoqollu içki həm soyuq, həm isti halda içilir. Onu bəzən araq, bəzən şərab sayırlar, əslində isə o pivədir. Bu Şərq içkisinin vətəni haradır?
Cavab: Yaponiya. Söhbət sake içkisindən gedir

5. Hissəciyin eyni zamanda sürətini və yerləşdiyi yeri eyni zamanda bilmək olmaz. Bu prinsip necə adlanır?
Cavab: Heyzenberq prinsipi

6. Belə hesab olunur ki,ən gözəlləri Hollivud aktrisalarına məxsusdur(Keira Knightly, Ancelina Coli, Monika Beluççi və s.)Dəy deyəndə dəymir, amma dəymə deyəndə dəyir.
Cavab: dodaqlar

7. Ponti Pilat İusus Xristosdan soruşanda ki, Həqiqət nədir? İusus məhz belə cavab verdi.
Cavab: susdu

8. Bu Roma imperatoru könüllü surətdə taxtdan 305-ci ildə taxtdan getmişdi
Cavab: Diokletian

9. Əslən Bavariyadan olan bu yəhudinin sayəsində o müasir görünüşdə istehsal olunmağa başladı. Onun adı İtaliyanın Genuya şəhərinin adından götürülüb. Dünyada elə bir ölkə yoxdur ki,onu geyməsinlər. Söhbət nədən gedir?
Cavab: Cins şalvar. Həmin yəhudi isə Levi Strauss.

10. Bernard Şou onu bəşəriyyətin xilaskarı adlandırırdı. Quranı-Kərimdə onun adı 4 dəfə çəkilib. O kimdir?
Cavab: Məhəmməd peyğəmbər

11. Bu kimyəvi elementi ingilis kimyaçısı Hemfri Devi potasium adlandırmışdı. Biz onu əsasən belə adlandırırıq
Cavab Kalium.

12. .... 54 şəhərdən ibarət federasiyadır. Hər şəhərdə təxminən 6000 nəfər yaşayır. Hər ailə müəyyən bir işlə məşğuldur. Orada xüsusi mülkiyyət deyilən şey yoxdur.
Cavab: Utopiya. Söhbət Tomas Morun Utopiya kitabından gedir.

13. e.ə. 490-ci ildə yunan sərkərdəsi Miltiad bu düzdə kiçik itkilərlə 6400 düşməni öldürməyə və qələbə çalmağa nail olur.
Cavab: Marafon

14. Katalan dili hansı ölkədə rəsmi dildir?
Cavab: Andorra

15. Sovet dövründə belə hesab olunurdu ki, o ən yaxşı hədiyyədir O hədiyyənin ən bahasını Bill Gates 24 milyon dollara alıb. Hədiyyəni yaradan isə Leonardo Da Vinçidir.
Cavab: "Книга - лучший подарок"

16. Anonima Lombarda Fabbrica Automobili- .... mənim qonşumdur.
Cavab: Romeo

17. Yəhudi dilində Maşiax, azərbaycanca-
Cavab: Məsih, rusca isə Мессия

18. Səmada Günəşdən sonra ən parlaq ulduz budur...
Cavab: Sirius

19. Bu ölkənin bayrağı 1977-ci ildən ancaq yaşıl rəngdən ibarətdir. Bu ölkənin lideri kimdir?
Cavab: Lviya rəhbəri Müəmmar Qəddafi (معمر القذافي‎‎ — Mu‘ammar al-Qaḏḏāfī)

20. Yəqin ki onun ulu babası balıqçı olub. Atası yəhudi olsa da antisemit olub. Amerikanın fəxri,həm də düşməni olub.
Cavab: Robert Fişer

Top