1. Nəhayət ki, 6-sı da bir yerə yığıldılar, lakin onlar bir məqsəd üçün yığılmışdılar. Əslində hər şeyi ailənin başçısı başladı, mehriban komanda zamanla toplandı. Məqsədlərinə isə yalnız 6-cı onlara qoşulandan sonra çatdılar.
Baxmayaraq ki, komandanın son 3 üzvü bir-birilərini heç sevmirlər, amma bu iş üçün güclərini birləşdirdilər. Söhbət nədən gedir?
2. Onlar hamısı eyni nəsildəndilər. Zahiri cəhətdən eynidilər, amma ölçülərinə görə fərqlənə bilərlər. Səyahət etməyi xoşlayırlar, amma çox zaman bu səyahətlər onların səhhətinə pis təsir edir. Onların bəziləri hətta kosmik səyahətlər də ediblər, digər planetlərə də uçublar. Onlar bəziləri öz evlərini yayda tərk edirlər, bəziləri qışda, bəziləri isə bütün il boyu. Özlərinə uyğun kompaniyalarda işləyirlər. dünyada milyardlarla insanın həyatı onlardan asılıdır. Hava olmadan yaşaya bilməzlər. Söhbət nədən gedir?
3. Həkimin " ömrünüzə az qalıb, tezliklə öləcəksiniz" sözlərindən sonra:
pessimist kədərdən içməyə başlayır
realist vəsiyyətnamə yazır
bəs optimist nə edir?
4. Qədim Çin əfsanəsi. Bir gün imperator öz nazirini mükafatlandırmaq qərarına gəlir və ona hədiyyə verir. Lakin nazirin həyat yoldaşının bu hədiyyə xoşuna gəlmir və onu evdə görmək istəmədiyini bildirir. Qəzəblənmiş imperator onu seçim qarşısında qoyur, ya o hədiyyəni qəbul etməlidir, ya da zəhər içməlidir. İnadçı qadın əlbəttə ki, zəhəri içir. Lakin imperator öz nazirinin həyat yoldaşının ölməsini əlbəttə ki, istəmirdi və buna görə də badədə zəhər yox, sirkə var idi. Sizcə çin ifadəsi olan "sirkə içmə və ya sirkə ilə qidalanma" nə məna verir?
5. Zayonçovskinin povestində "BU" evə gedən baş qəhrəmana çatır, onun yolu yeriməsinə mane olub ayaqlarının dolaşmasına səbəb olur. Hətta bu yetməmiş kimi onun çantasına da girir. "BU" nədir?
6. "BU" meduzadır, hansı ki, hər axşam milyonlarla insanı öz dəyişməz baxışı ilə daşa çevirir.Sirenadır-hansı ki, oxuyur və çağırır. Çox şeylər vəd etməsinə baxmayaraq vəd etdiklərinin cüzi bir hissəsini verir. "BU" nədir?