Vunderklass - suallar III

Vunderklass - suallar III

Renessans komandasına dost komanda olan Vunderklass komandasının suallarından.

81.

 

Qarşınızda Honda şırkətinə aid bir reklam şəkli var. Şəklə diqqətlə baxın, fərqi tapmağa çalışın və cavab verin: Reklamın şüarı nədir? 
Müəllif : Vüqar

82. Netscape Navigatorun qurucusu Mark Adersen bu brauzeri Mosaicin əvəzinə yaradanda, şirkət daxilində təzə brauzeri X adlandırmağa başladılar.X-in adı isə Mosaic adı ilə bir yapon "canavarının" adının birləşməsindən yarandı. Siz isə bu adı cavab kartınıza yazın. 
Müəllif : Vüqar

83. Diqqət şeir: 
Onu dörd qardaşdan 2si bölüşür, Adı da 10 rəqəmilə bağlıdır, 
1-cinin payına daha çox düşür. Burası bizimçün də maraqlıdır. 
Dəqiq desək, 21 ox düşür. Çünki siyahıda deyil 10-cu, 
2-ciylə cəmi 10 gün görüşür. O hər zaman sonuncudur, sonuncu. 
Bu günümüz sizlər üçün ipucu. 
Onu tapmağa bir dəqiqəniz var, 
Ümid edirik ki, axtaran tapar 
Müəllif : Seymur

84.Diqqət Qara Qutu ! Bu “əsər” müxtəlif “səhnələrdə” müxtəlif “süjet xətti” üzrə oynanılsa da, onun “personajları” dəyişməz olaraq qalır. Onların sayı 20-dən çox olsa da, ən böyüyünün 12 “yaşı” var. Onların hər biri özünəməxsusluğu ilə seçilir. Xüsusən də ən “kiçik personaj”, o dostları ilə birlikdə mühasirəyə düşdüyü zaman düşmənə heç bir hərbi sirr vermir. Lakin tək qaldığı halda bunu etməyə məcbur olur. Çünki əks halda o, əsərin qaydalarını pozmuş olardı. Ən maraqlısı isə odur ki, onun taleyi əvvəlcədən heç kimə məlum deyil. Belə ki, o, sağ qala da bilər, ölə də bilər. Diqqət sual : Bəs biz qara qutudakı bu qəhrəmanı hansı adla tanıyırıq ? 
Müəllif : Seymur 

85. Bir incəsənət sahəsinə görə o, hər saniyədə özünəməxsus təsir gücünə malikdir. Bir ənənəvi sistemdə isə onu gümüşə bərabər tuturlar. O, təhsil qanunlarına görə ən pislə ən yaxşı olanın vəhdətindən ibarətdir. Saat qurşaqları üçün o, əlçatmazdır. Başqa bir elmi sistemdə isə onun kiçiyi böyüyünün üstündə olduğu zaman nəticə onun özünə bərabər olur. Onun elektron versiyasında isə sanki, güzgüyə baxan kiçik güzgüdə böyüyü görür. Siz isə onun yalnız 2 simvoldan ibarət olduğunu bilərək cavbı yazın.
Müəllif : Seymur

Top