Babam və mən...

Babam və mən...

Bu danışacaqlarım 1932-ci ildə baş verib. Mənim bu ildə olan yaşım anadan olduğum ilin sonuncu iki rəqəminin əmələ gətirdiyi ədədlə  eynidir. Bu maraqlı uyğunlaşma haqqında babama danışanda babam bildirdi ki, onda da məhz belədir, belə ki, onun da indiki yaşı anadan olduğu ilin sonuncu iki rəqəminin əmələ gətirdiyi ədədlə eynidir. Bu mənə qeyri-mümkün kimi göründü, amma babam bunun mümkün olduğunu izah etdi. Sizcə bizim hər birimizin neçə yaşı var?
Top