Renessans komandasına dost komanda olan Vunderklass komandasının suallarından.
69.1. Diqqət siyahı – Volter, Uşinski, Napoleon, Drayzer, Esxil, Rembrandt, Konfutsi, Leonardo Da Vinçi, ”..........”, Sokrat, Siseron. Siyahıda adını buraxdığımız şəxsin özü əslində nə memar, nə də həkimdir. Lakin onun adına nəzər yetirərkən bizə elə gəlir ki, o, həm memar, həm də həkimdir. Əslində riyaziyyatçı olan bu alim kimdir?
70. Hörmətli bilicilər! Qarşınıza “İlanda ilan zəhəri tapılıb” kimi bir yazı çıxdığını təsəvvür edin. Olduqca maraqlı faktdır deyilmi? Sual müəllifinin sinif yoldaşları arasında hamının ləqəbi var idi. Bir gün tibbi müayinə zamanı Tofiqdə hemeralopiya olduğu aşkar olundu və bu Tofiqi uzunmüddətli gülüş hədəfi etdi. Diqqət sual: Tofiqin ləqəbi nə idi? 71.Azərbaycandakı bu üçlük haqqında məlumatlara qulaq asın (Biz onları şərti olaraq X, Y və Z adlandırmışıq) X-birincidir. Qardaş Türkiyənin birincisindən bir həftə böyükdür. Bu yaxınlarda adı korrupsiya ilə hallanmışdı. Buna baxmyaraq üçlükdə sadə xalqa ən yaxın olandır. Y-Bir mənada üçlükdə ən yaxşısıdır. Xalqın rahatlıq istəyən hissəsi adətən ona müraciət edir. Z isə X və Y dən fərqli olaraq mənşə etibarilə azərbaycanlıdır. X ilə Y arasında 5, bəzən də 4, Y ilə Z arasında tam 15 fərq olduğunu nəzərə alaraq hər üçünü deyin. 72. Bu yaxınlarda Mayami şəhərində keçirilən müasir sənət əsərləri hərracında bu kralın ağ at üstündə, əlində qılınc və əynində zireh təsvir olunmuş portreti 175 min dollara satıldı. Xatırladaq ki, bu portret kralın öz sifarişi ilə çəkilsə də, o ,bunun hazır vəziyyətini görə bilmədi. Portret hansı krala məxsus idi.
73. BŞ Milli radiosu 2010-cu ildə yazılı tarixin 50 böyük səsi ilə bağlı tədqiqata başlayacaq . Namizədlər arasında ilk dəfədir ki, Azərbaycan sənətçisi də var. Onun adı Bob Marley, Rey Çarlz, Elvis Presley, Freddi Merkuri və s. məşhurlarla bir sırada səslənir.Sənətçimizə səs vermək üçün www.npr.org saytına daxil olmaq, daha sonra saytda göstərilən qara rəngli şəkillər görünən və sağa-sola hərəkət edən pəncərənin sol tərəfində “name” düyməsini basmaq və əlifba sırası ilə düzülmüş siyahıda “Q” hərfini tapmaq lazımdır. Sual-səs vermədə hansı sənətçimiz iştirak edir? 74. “Gəlin dilimizi öyrənək!!!” seriyasından sual: Yolunun ortasında o, Y (iqrek) hərfinə oxşayır. Yolunun başlanğıcında sayı 2 olsa da, yolun sonuna çatdıqda tam bütöv halda olur. Adətən dişlərinin sayı 10-100 arasında dəyişir. 1918-ci ilə qədər onu kovboylar hamıdan yaxşı tanıyırdılar. Siz isə cavabı Azərbaycan dilində yazın. 75. Bir şəxs hökmdarın yanına gəlir və işə başlamaq üçün lazım olan məbləği deyir. Hökmdar məbləğin böyüklüyünü görüb soruşur: Yəni bu belə faydalıdır ki, bu qədər pul xərcləyək? Həmin şəxs cavabında deyir: Əmr edin bir nəfər dağa qalxıb ordan boş bir tası yerə atsın, ancaq bunu elə etsin ki, heç kəs bilməsin. Əgər edə bilsə, demək bu iş də faydasızdır. Belə də edirlər. Tas qayalara dəyə-dəyə qorxulu səslər çıxarır, ordu qorxudan pərən-pərən düşür. Bu hadisədən sonra hökmdar işə lazım olan məbləği ayırır. Siz isə buna nail olmuş şəxsin adını yazın.
Müəllif : Seymur
Müəllif : Vüqar
Müəllif : Vüqar
Müəllif : Emin
Müəllif : Emin
Müəllif : Vüqar
Müəllif : Vüqar