Bu başlıq altında Sumqayıtın «Sim Club» intellektual klubunun özümün də üzvü olduğum «Renessans» komandasının suallarını təqdim edəcəm.
66.
Bakıda yerləşən bu abidənin müəllif-ləri Rasim Əliyev və Viktor Yefimoviç Siqaldır. Abidənin çox qəribə bir effekti var. Müxtəlif rakurslarda dursanız da elə bil bu gözlər sizə baxır, sizi izləyir.Abidənin qarşısında isə Onun sonuncu həyat yoldaşına və həyatı ilə sıx bağlı olan bir ölkənin şərəfinə Sakura ağacı əkilib. Heykəltaraşların bu hər tərəfi görmə effekti ilə nəyə vurğu vurduqlarını anladınızsa 1 dəqiqə ərzində abidənin kimə həsr olunduğunu deyin.
Müəllif: Rövşən Zamanov
67. İlk dəfə bu xidmət növünü Pentaqon sistemləşdirmiş və tətbiq etmişdi. Rekvizitlərdə isə məşhur bir firmanın reklam parçası əks olunmuşdur. Bir dəqiqə ərzində reklam parçasında təbliğ olunan bu texnoloji xidməti maksimum qısa şəkildə cavab kartınıza qeyd edin. Müəııif: Azər Tarverdiyev (Azero) 68. "Cənnəti tərk etməyə daha güclü səbəb lazım idi." Yəqin ki, Adəm və Həvvanın cənnətdən qovulması haqda Bibliya rəvayətini eşitmisiniz. Bu reklam printi isə tam başqa bir şey iddia edir. Diqqət sual! Bu nəyin reklamıdır. Müəllif: Nadir Zamanov (mr13) 69. Uzaq Şərqdə hesab edirlər ki, Koreya möcüzələr ölkəsidir.. Bu heç də təsadüfi deyildir.Məsələn onlardan biri... Hər il Koreyada may ayında çox maraqlı bir festifal keçirilir.. Onu ölkə sakinləri “Yeydınçje” adlandırılar. Avropalılar isə onu bir şəxslə bağlı olan möcüzəyə oxşadır-lar. Diqqət sual: Qarşınızdakı şəklə baxıb hələ miladdan öncə öz xalqı-nı xilas etmiş insanın adını və “Yeydınçje”nin tərcüməsini cavab kartınıza qeyd edin. Müəııif: Azər Tarverdiyev (Azero)