Sakura 23 may

Sakura 23 may

bugün saat 18:00 Sakura turniri olacaq.Suallara diqqətlə yanaşarsınız.Sualların ünvanını axşam elə bu postda qoyulacaq. suallar bu ünvandadır.

1. Bir baməzə kəndli şirniyyat maqazinində satıcıdan soruşur ki,sizdə “İnək qanadı” var? Satıcı əsəbiləşir və deyir ki,mənimlə məzələnirsiz? Kişi də cavab verir ki, “Nolur,… ola bilir,amma inək qanadı yox?” Nöqtələrin yerinə nə olmalıdır?
Cavab: Quş südü(«Птичье молоко»)
2. 1900-cü ildə dünyada ondan 25 dənə idi. Onlardan 4 Avropa,biri isə Afrikada idi. 1994-cü ildə 122 dənə idi,Avropada 33,Afrikada isə 48.
Cavab: respublika.
3. Adanın kəşfi bazar gününə təsadüf etdiyindən Kolumb onu elə “bazar günü” adlandırdı. Təbii ki ispanca. Sizsə ispan dilində deyin ”bazar günü”
Cavab:Dominikan yaxud domingo. Sualın müəllifi Erudit.
4. Orada 1700 yaxın insan illərdir ki,yaşayır.sizə orda olmağı heç məsləhət görmürəm.Bu yerin adını birisi «Oxu,Oxu» kimi tərcümə etmişdi:).Həmin yerin adı orijinalda necədir?
Cavab Sing-Sing həbsxanası
5. «All Day Long I Dream About Sex» mahnısını çox vaxt bu firma ilə asossasiya edirlər.
Cavab: Adidas. Mahnının sözlərinin baş hərfini birləşdirəndə məhz ADIDAS alınır.
6. Oraya ekskursiyadan əvvəl ekoloji təmiz yemək yeyir,bir butulka şərab içirlər. Sağlamlığına diqqət edənlərə ora getməyi məsləhət görmürəm. O şəhər hazırda ölüb. Söhbət hansı şəhərdən gedir?
Cavab: Çernobıl.
7. Sadə bir dəyişiklik ilə arqondan radon,gümüşdən qallium almaq olar.Bəs rubidiumdan?
Cavab: Brom kimyəvi elementini. Ar-Ra(arqon-radon),Ag-Ga(gümüş-qallium),Rb-Br(rubidium-brom).
8.Ronald Reyqan demişdi ki, "… Tarzana oxşayan,Ceyn kimi yeriyən və Çita kimi gülən insandır". Nöqtələrin yerinə nə yazılmalıdır?
Cavab: “A hippie is someone who looks like Tarzan, walks like Jane, and smells like Cheetah” .Düzgün cavab xippi(hippilərdir).Tarzan Afrika cəngəlliklərində yaşayan insane,Ceyn həmin meşəyə gələn ağ qız,Şita isə onların meymunu idi.
9. Ekoloji problem və İsrail ilə Fələstin muxtariyyətinin sözünün bir yerə qoymaması nəticəsində o ölür. Hətta dəyəri 3-4 milyard dollara başa gələcək bir kanal da çəkili ki,o ölməsin.Amma o onsuz da ölüdür.
Cavab: Ölü dəniz.
10. Futbol lətifəsi. Məşqçi oyunşçulara deyir: “Mən mövhumatçı deyiləm.Amma artıq qələbə çalacağımıza inanmağım gəlmir”.Hesab necə idi?
Cavab: 13:0
11. 2001-ci ildə Belçikada iki stansiya arasında ağır dəmiryol qəzası baş vermişdi. Qəzanın səbəbi kimi iki stansiyanin dispeçer xidməti arasındakı bir “baryer” göstərildi. Bəs bu nə “baryer” idi?
Cavab: Dil baryeri. Belçika ikidilli ölkədir. Dispetçerlərdən biri fransız, digəri isə ancaq flamandca danışırdı. Sualın müəllifi Arzu xanım.
12. Ərəb atalar sözünü tamamlayın. “Qadının ağlı gözəlliyində,....”
Cavab: Kişinin gözəlliyi ağlındadır.
13. O.yenicə azadlığa qovuşub. Əvvəllər adı Azərbaycan dilində slavyanlaşmış şəkildə idi. İndi təzə bir dəb düşüb və onu başqa cür adlandırırlar. Onu necə qəbul etməyimizdən asılı olaraq sahəsi 13812 km və 1080 km2 ,əhalisi isə 672,180 və ya 109371 nəfərdir. Azərbaycanda ən çox ərazisində istehsal etdiyi bir məhsulun adı ilə asossasiya olunur. Həmin məhsul hansıdır?
Cavab: sement. söhbət Qaradağ adından gedir. Черного́рия adı ilə həmişə tanınıb. Azərbaycanda həm də Qaradağ həm də Bakıda olan rayonlardan biridir. Qaradağ rayonu isə əsasən öz sementi ilə məşhurdur.
14. Latın dilində iki yerə qatlanmış vərəq deyin.
Cavab: diplom.
15. Onlar Niger,Əlcəzair,Burkino-Faso,Mərakeş,Mali və Liviyada yaşayır.Əkinçiliklə məşğul olmurlar.2002-ci ildən isə Avropada çox populyar olublar.Bakıda da onları tez-tez görmək mümkündür.
Cavab: Söhbət tuareqlərdən gedir(Afrikanın şimalında yaşayan bərbər tayfalarından biri).Həm də Volkswagen Touareg maşınlarından.
Top