1. Fəxri xiyabana baş çəkən müsəlmanları bu problem narahat edir.Belə hesab olunur ki Qabil, Nəbi Xəzri, Fuad Əbdürrəhmanov, Cəlil Məmmədquluzadə, həyat yoldaşı Həmidə xanım Məmmədquluzadə , Seyid Şuşinski , Seyid Cəfər Pişəvərinin ruhları narahatdır. Bəs bu nə problemdir?
Cavab: onların qəbirləri üzü qibləyə dəfn olunmayıb. İslam dininə görə müsəlmanlar üzü qibləyə dəfn olunmalıdır.
2. Kimyəvi elementlərdən cəmi ikisi- brom və civə bu xüsusiyyətə malikdir. Hansı?
Cavab: Normal şəraitdə maye haldadır.
3 İkinci dünya müharibəsi dövründə dünyada bu xüsusiyyətə malik 3 insan olub: Çan Kayşi,Franko,Stalin.
Cavab: generalissimus adını daşıyan hərbi xadimlər.
4. 2009-cu ilin dekabr ayında qəzetlərdə: “onlar dünyanı fəth etdi” , “dünyanın ən böyüyü”, “məğlubedilməz ordu” və bu kimi başlıqlı məqalələr yer almağa başladı. Bəs söhbət hansı “ordudan” gedirdi?
Cavab: Barcelona futbol klubu . Xosep Qvardiolanın yetirmələri il ərzində iştirak etdikləri bütün turnirlərin qalibi olub. "Barsa" klublararası dünya çempionu olanadək İspaniya çempionatı, kuboku və Superkubokunu, Çempionlar Liqasını, UEFA Superkubokunu da əldə edib.Ən böyük uğurları isə təbii ki 2009-cu ilin dekabr ayında klublararası dünya çempionu olmalarıdır.
5. Yunan dilində “bəzəmək məharəti” deyin
Cavab: Kosmetika
6. I 1994 dekabırın 3-də işıq üzü gördü, II 2000-də və nəhayət III 2006-cı il noyabrın 11-də. Bəs söhbət nədən gedir?
Cavab: Play Station
7. Ən böyük hüceyrə hansıdır?
Cavab: dəvəquşu yumurtası
8. Onun anası oğlunun karyerasının daha uğurlu olması üçün familiyasının sonluğunu dəyişir. Biz onu əsil yəhudi famiiyası ilə yox,məhz belə tanıyırıq.O,xarici dillər üzrə pedaqoji institutu bitirmişdi. Dünyada öz sahəsı üzrə ən güclülərdən,bəlkə də ən güclüsü sayılır. Hazırda vətəndaşı olduğu ölkənin siyasi rejiminə qarşı mübarizə aparır.
Cavab: Harri Kasparov. Əsl familiyası Vaynşteyn,ana familiyası isə Kasparyan olub.
9. Avraam Linkoln demişdi ki, bəşəriyyətin bütün bəlaları ona görə baş verir ki,qoyunlar və canavarlar bu sözü müxtəlif cür başa düşür. Bakıda yaşayanlar bu sözü metro və marşrut avtobuslarında daha çox eşidir. Sonda isə demək istəyirəm ki,Babək kişi olub:) Söhbət hansı sözdən gedir?
Cavab: azadlıq.
10. İqtisad Universitetində bir rüşvətxor riyaziyyat müəlliminin yaxşı sözü var. “Pul hər şeyi həll edir, hətta .... “
Cavab: diferensial tənlikləri də.
Cavab kimi məntiqə uyğun olan digər cavablar da götürüləcək.
11: 1997-ci ildə Milanda maraqlı məhkəmə prosesi başladı. Məhkəmə təqibən 200 il əvvəl baş vermiş məşhur bir hadisənin üstünü açmaq məqsədi güdürdü. Təqsirləndirilən şəxsin işinə baxıldı. Nəhayət 200 illik söz-söhbətdən sonra o bəraət aldı. DİQQƏT SUAL: Bəraət alan şəxs kim idi?
Cavab: Antonio Salyeri . Salyerinin Motsartı zəhərləməsi ilə bağlı şübhələr məhkəmədə sübut olunmadı.
12. O, Yaxın Şərq xalqlarının çoxunda qədimdən mövcuddur. Onların bunu qədim misirlilərdən götürdüyü hesab edilir. Antik dövrdə avropalılar üçün bu çox vəhşi şey sayılırdı. Onu qadağan etdiyinə qədim dünyanın ən böyük üsyanlarından baş vermiş və bu bir xalqın tarixində öz izini əsrlərlə saxlamışdı. Bəzilərinin fikrinə görə o faydalı, bəzilərinə görə isə o qeyri-insani bir şeydir. Azərbaycanlılarda ona obrazlı şəkildə kiçik ... deyilir. Nöqtələrin yerinə nə yazılmalıdır?
Cavab kiçik toy. Roma imperatoru Adrian sünnəti qadağan etdiyinə görə yəhudilərin Bar-Koxba(132-135) üsyanı baş vermişdi.
13. İkinci ..... kimi casusluq fəaliyyəti, jurnalistika, siyasət və s. sayılır. Birinci ...... isə fahişəlik sayılır. Nöqtələrin yerinə hansı ifadə yazılmalıdır?
Cavab: ən qədim peşə fahişəlik sayılır.
14. Rus dissidenti Aleksandr Soljenitsın Жить не по лжи adlı essesində rus intelligensiyasına müraciət etmişdi. Digər müasir rus yazıçısı Viktor Pelevin isə bu cümlədə bir sözü dəyişdirmiş və bir məşhur sirkətə sataşmışdı. Hansı firmaya?
Cavab: Əlbəttə ki LG.
15. Çəkisi 83,6 kq idi. 1958-ci il 4 yanvarda yandı.
Cavab: Yerin ilk süni peyki.