1) Bir çox qədim xalqların özünə məxsus təqvimləri olub. Bu təqvimlərdən birində 360 günü tun, 7200 günü Katun və 144000 günü Baktun adlanan
2) İt heyvanlar arasnda ən vəfalı heyvan kimi tanınır. Bir çox ailələr ta qədimdən ehtiyat tədbiri kimi həyətlərində it saxlayıblar. Amma bu məşhur ailənin iti necə deyərlər əməlli-başlı onların qəniminə çevrilmişdi. Bəs bu ailənin soyadı nədir?
3) Onun yaxşı və ya pis şəxs olması haqda mübahisələr hələ də davam etməkdədir. İstər sinif otağı, istər universitet, istərsə də teatr olsun, bu şəxs göz önünə gələndən sonra bu mübahisələrə yol açılır. Bəziləri onu nankor, satqın, bəziləri isə onu biçarə, bəziləri də ki, onu Azərbaycan tarixinin ən yüksək simalarından biri kimi qələmə verir. Ən maraqlısı isə budur ki, bəzi mənbələr bu gün Dağlıq Qarabağ münaqişəsinin həlli üçün mübarizə aparmağımızın səbəblərindən biri kimi, məhz onu göstərir. Bəs bu şəxs kimdir?
4) Bu şəhərdə bütün küçələrin adları rəqəmlərlə adlandırılıb. 13-cü küçədən yol hərəkətinin əksi istiqamətində hərəkət edən yük maşını sürücüsünü görən yol polisi əməkdaşları isə onu saxlamır. Bəs bunun səbəbi nə ola bilər?
5) Məşhur müğənni Rihanna, ABŞ-da siyasi vəzifə tuta bilər, şəhər meri ola bilər, hətta qubernator da ola bilər. Amma o, heç vaxt ABŞ prezedentliyinə öz namizədliyini irəli sürə bilməz. Səbəb nədir?
6) İlk dəfə o, bu yerişi edib. Onun bu məşhur yerişi bir cismin hərəkətini xatırlatdığından, həmin yerişə elə cismin adı verilib. O bu yerişi edərkən onu izləyənlərin çoxu açarlarını itirirdi desəm, yanılmaram. Bəs bu şəx kimdir?