"Renessans" komandasının sualları ( XIII hissə)

"Renessans" komandasının sualları ( XIII hissə)

Bu başlıq altında Sumqayıtın «Sim Club» intellektual klubunun özümün də üzvü olduğum «Renessans» komandasının suallarını təqdim edəcəm.

61.


Bu bayramın yaranmasının çox fərziyələri var. Və bir neçəsini yəqin ki, bilirsiniz. Birin də biz danışaq. Deyirlər bu bayram neopolitan kralı Monteryunun dövründə yaranıb. Zəlzələnin
bitməsi günü münasibəti ilə ona alıq bişirib vermişdilər. Bir ildən sonra elə həmin gündə o eyni balıqdan istədi. Eynisini tapmadılar. Amma ona çox oxşarını tapdılar və krala bişirib verdilər. Kral dəyişikliyi hiss etsə də hirslənmədi. Əksinə bu onun xoşuna gəldi və kefini açdı. O vaxtdan bu bayramın simvolu Balıq oldu ki, siz bunu həmin bayrama həsr olunmuş açıqcalarda da görürsünüz. Diqqət sual !!! Bəs bu bayram hansı gün qeyd olunur?

Müəllif: Nadir Zamanov (mr13)

62.


Qarşınızdakı rekvizitlər İstanbuldakı mağazalar şəbəkəsinin birinin reklam parçasından götürülmüşdür.Şəklə diqqətlə baxın və reklamın şüarını bir dəqiqə ərzində cavab kartınıza qeyd edin

Müəııif: Azər Tarverdiyev (Azero)

63.


Bu yaxınlarda universitetimizin kitabxanasından bir müəllifin seçilmiş əsərləri olan kitabı götürdüm. Hər əsərin başlanğıcında əsərin adının qarşısında qələmlə karikatura çəkilmişdi. Onlardan bəziləri sizə rekvizitdə verilmişdir. Karikaturaların hansı ağıllının təxəyülünün məhsulu olduğunu bilməsəm də doyunca güldüm. Sizsə oxuyub tamamladığım sonuncu kitab olan bu kitabın müəllifini cavab kartiniza yazın.
Müəllif: Şamxal Cəmilzadə (Erudit)

64.


Bu termin ilk dəfə 1973-cü ildə “Westworld” fantastik filmində istifadə olunmuşdur. Həmin filmdə bu söz birləşməsi bugünkü anlamında işlədilmişdir. Söhbətin nədən getdiyini təxmin etdinizsə onun rekvizitdə təsvir olunmuş və sizi tez-tez özünüzdən çıxaran və ilk dəfə 1985-ci ildə peyda olan növünü cavab kartınıza yazın.

Müəllif: Şamxal Cəmilzadə (Erudit)

65.


Rekvizitlər Portuqaliya biznes dərgisi “Economiko”dan götürülmüşdür.Şəkildə görünən şəxsiyyətlər yəqin çoxlarınıza tanışdır.. Lenin, MaoTse Dun, Karl Marks, Çe Qevara.. Veriləcək sualın cavabını tapmaqdabəlkə də bu məsəl ipucu ola bilər: “Sən saydığını say, gör fələk nə sayır” Siz isə bir dəqiqə ərzində Portuqaliya maliyyə qəzetinin hesab etdiyi tarizi uyğunsuzluğu maksimum dəqiqliklə cavab kartına qeyd edin.

Müəııif: Azər Tarverdiyev (Azero)

Top