Bu başlıq altında Sumqayıtın «Sim Club» intellektual klubunun özümün də üzvü olduğum «Renessans» komandasının suallarını təqdim edəcəm.
56. Sualda əvəzetmə var! II “ölməz” hər baxımdan bizə ən yaxın olanıdır. Bu göstəricilərin əksəriyyətinə görə III “ölməz” II-dir. I “ölməz” isə onlar arasında ən qədimidir və II və III onun davamçıları hesab olunurdu və bəzən onun adı ilə də adlandirilirlar. Ölməz sözü ilə hansı xüsusi ismin əvəz olunduğunu tapdınızsa I, II və III nün müasir adlarını ardıcıl olaraq cavab kartınıza yazın.
Müəllif: Şamxal Cəmilzadə (Erudit)
57. Diqqət sualda əvəzetmələr var.
Müəllif: Nadir Zamanov (mr13) 58. Əvvəlcə bir neçə həmkəndli aldadıldı. Sonrasa möhtərəm bir qonaq. Daha sonra bir neçə nəfər qanunsuz yolla pul qazanmağa cəhd etdi. Sonrasa bir gənc pis yollara düşdü. Bundan sonra bir qadının yalanı baş tutmadı. Diqqət sual: Bəs sonuncu aldadılanın peşəsi nə idi? Müəllif: Şamxal Cəmilzadə (Erudit) 59. əqin ki, bəziləriniz Corc Oruelin “Animal farm” (“Heyvan ferması”)əsərini oxumusunuz.Oxumayanlar üçün qeyd edək ki, bu alleqorik əsərSovet İttifaqının həyatına həsr olunmuşdur.Əsərdəki Napoleon adlı donuz Stalinin, Snoubord adlı digər donuz Trotskinin, Pincfild fermasının rəhbəri mister Frederik Hitlerin, Foksfud fermasının rəhbəri mister Pilkinqton isə Ruzveltin bədii obrazıdır və s.Nə isə sizi çox yormayaq. Əsərin sonunda ziyafət zamanı kart oyununda həm “Stalin”, həm də “Ruzvelt” eyni tuzları çıxarır. Müəllifin nəyə işarə vurduğunu bildinizsə onu I növ təyini söz birləşməsilə cavab kartınıza qeyd edin. Müəııif: Azər Tarverdiyev (Azero) 60. Onun haqqında təzadlı fikirlər doğrudan da çoxdur.. Rus şərqşünası Valentin Jukovski onun barəsində belə yazırdı: ”O azadfikirlidir, dinə inanmır; o allahsızdır və materialistdir; o sufizmə gülür və panteistdir; o dindar müsəlmandır, o əyyaşdır, pozğundur, ikiüzlüdür, o filosofdur, iti müşahidəçidir, alimdir; o Şərqin Volteridir, Heynesidir.. ” Müəllif: Rövşən Zamanov
“V- vendetta deməkdir filmindən” İvi Xemmondun bir ifadəsinə qulaq asın: “Mənim atam həmişə deyərdi: Artistlər “Şirin” danışırlar ki, “acı”nı deyə bilsinlər, siyasətçilər isə şirin danışırlar ki, acını gizlətsinlər. Biz acı və şirin sözləri ilə hansı sözləri əvəz etmişik.
O kimdir???? Vaxt getdi.