6. Perunun qərbində Çimbote - El-Peurtos marşrutu ilə hərəkət edən qatarda sərnişinlərə digər xidmətlərin arasında, demək olar ki, daha heç yerdə görə bilməyəcəyiniz biri də var. Bəs bələdçilər bu zaman hansı əşyadan istifadə edirlər?
7. Peşəkar boksda idmançının fiziki xüsusiyyətlərini 4 əsas parametrə görə ölçürlər: Yaş, çəki, boy və ... Dördüncünü siz deyin.
8. Məşhur ingilis şairi Con Miltonun həyatı hadisələrlə zəngin idi. Bunlardan birindən sonra o, özünün məşhur "İtirilmiş Cənnət" poemasını, digərindən sonra isə birincisindən geri qalmayan "Əldə Edilmiş Cənnət" poemasını yazdı. Hər iki hadisəni deyin.
9. H. Senkeviçin səlibçilər romanından Tevton ordeninin magistri və polşalı cəngavərin dialoquna qulaq asın. Onlar ordenin paytaxtı Makdeburqda olarkən cəngavərləri şəhərin böyüklüyü və əzəməti ilə qorxutmaq istəyirdilər.
Magistr:
- Deyirlər ki, Makdeburq Vaveldən 6 dəfə böyükdür.
Polşalı:
- Orada qayanın başında burada düzəndəkindən daha az yer olduğu üçün. Ancaq Vavelin ürəyi 3 dəfə böyükdür.
Magistr təəccüblə qaşlarını qaldırdı:
- Mən sizi başa düşmürəm.
Bəs polşalı cəngavər şəhərin ürəyi dedikdə nəyi nəzərdə tuturdu?
10. Əyri, dar küçələri və çoxsaylı barlarına görə yerli əhali Vyana şəhərinin Şvedenplats, Hohermarket və Mortsinplats arasında yerləşən ərazisini zarafatca ilk dəfə 1964-cü ildə Vinsent Qeddis tərəfindən işlədilən ifadə ilə adlandırır. Necə?