Sakura-2 may

Sakura-2 may

Bugün yenə də axşam saat 18:00 tarixində Sakura turniri olacaq. Saatınızı düzgün vaxt ilə sinxronizasiya edin.
Suallara yenə cəld cavab verməyə çalışın,bir az yumor hissinizi də işə salarsınız. 2 turdan sonra qrup oyunlarını da test üçün keçirtməyə çalışacağıq.
Bugün bir sürpriz var. Saytda reytinqi +2.0 vahiddən çox olanlara əlavə 1 dəqiqə veriləcək.qalan istifadəçilər üçün isə 18:10 tarixi son vaxtdır.
Yadınızdadırsa ən yaxşı sual müəllifi üçün mükafat demişdik. Sualları burda vermək olar. Bugün suallarda ən çox xoşunuza gələn sualı da qeyd etsəniz yaxşı olar.

Suallar burdadır.


1. Hər il 6 avqust saat 8:15 bu şəhərdə minlərlə adam səmaya çoxlu göyərçin buraxır.
Cavab: Xirosima.

2. Məşhur kinematoqraf Martin Skorseze hörmət bəslədiyi Koppola haqqında demişdi ki,o rejissorların ....
Cavab: Xaç atasıdır

3. Niderland, Belçika,Danimarka, Norveç,İsveç, İspaniya,Lixtenşteyn, Monako,Andorra, Yaponiya, Kamboca,Malayziya, Tailand,Butan,İordaniya, Küveyt, Mərakeş,Lesoto ölkələrini bu cəhət birləşdirir.
Cavab: Hamısı konstitusiyalı monarxiyadır

4. O,bir adadan qaçandan sonra qəzetlərdə belə sərlövhə yazılmışdı ki, adamyeyən mağaradan qaçıb. Mən sizdən o adamyeyənin sonradan getdiyi adanın adını soruşuram.
Cavab: Müqəddəs Yelena adası.Napoleon Elba adasından qaçsa da,sonda bu adaya sürgünə getməli olur.

5. Bricit Bardo demişdi ki,plastik xirurq burunla hər bir şey edə bilər,amma buruna bu işdə mane ola bilməz.
Cavab: burnu başqa işə soxmaqda

6. .....+Zənzibar=Tanzaniya
Cavab: Tanqanika

7. Adından qonaqpərvər olsa da,ora düşməyinizi arzulamıram. Əgər Azərbaycanda hərbi xidmətdə olan əsgər deyilsinizsə:)
Cavab: qospital

8. Onu çox vaxt ABŞ və Kanada bayrağı altənda üzən iki gəmidən seyr edirlər.
Cavab: Niaqara şəlaləsi

9. Əgər bu iki düşmən birləşsə,yəqin ki onun rəmzi pəncərədən düşən pinqvin olacaq.
Cavab: Windows və Linux (Microsoft və Linux da qəbul olunur)

10. Lətifə. Bir manyak gecə maqazinə gəlir və birinci təbii ki,mağazadakı qıza üzünü tutur.Deyir ki,Bəs səni zorlayacam. Adın nədir? Qız deyir ki,adım Fatmadır. Manyak deyir ki,yox,mənim anamın da adı Fatma olduöu üçün səni zorlamayacam. Sonra üzünü oğlana tutur. Sual: oğlanın dediyinə görə dediyinə görə dostları onu necə çağırır:
Cavab: Əlbəttə ki,Fatma.
Şərh. Oğlan deyir ki,adım Mameddir,amma dostlarım məni Fatma çağırır.

11. 3-Rusiyada açıq səhmdar cəmiyyət,4-Almaniya sənaye nəhəngi,5-?
Cavab: Olimpiya çevrələri. ООО – общество с ограниченной ответственностью,OOOO-Audi,beş çevrə isə Olimpiya emblemindəki 5 qitədir.

12. Məşhur bir lətifəni tamamlayın. Professor öz müəllim dostlarına danışır ki,deməli yuxuda görürəm ki,tələbələrə mühazirə oxuyuram. Yuxudan ayılıram və görürəm ki.....
Cavab: doğurdan da mühazirə deyirəm.

13. Əslində bu şəhər çoxlarının düşündüyü kimi onu yaradanın adı ilə yox, bir xristian müqəddəsinin xatirinə belə adlandırılıb.
Cavab: Sankt-Peterburq.  O birinci Pyotrun yox,apostol Pyotun şərəfinə adlandırılıb.

14. Əgər romalı olsaydınız “kütləvi, xəlqi” sözünü necə deyərdiniz?
Cavab: populyar.

15. Floridada,Pemsakola şəhərində Eddi Bernstayn (Bernşteyn) adlı iki qıçı olmayan bir yəhudi əsilli adamı imkanlı adam kimi tanıyırdılar. Öləndə onun 16200 nəğd,364000 istiqraz hesabı,45000 dollarlıq evi və hətta 80000 dəyərində olan barı da vardı. O,Floridada ilin yarısını keçirirdi. Qalan 6 ay isə o Vaşinqtona işləməyə gedirdi. O,gün ərzində təxminən 150 dollar qazanırdı. Bəs Eddi ilin yarısını Vaşinqtonda nə işlə məşğul olurdu?
Cavab: dilənməklə. Qıçı olmadığına görə dilənən Eddinin sağ əli bizim dilənçilərin başına.

Top