Suallar mənim deyil, bir neçə il əvvəl mənim məzunu olduğum məktəbdə şagirdlər arasında oynanılıb. Kifayət qədər asan suallardır.
1. Zooloqların tədqiqatına əsasən bəzi quşlar, məsələn qartallar, yuvalarına iki yumurta qoyurlar. Həmişə balalardan biri tez dünyaya gəlir və digərindən güclü olaraq, adətən, onu dimdikləyib öldürür. Bəs alimlər bu sindromu necə adlandırıblar?
2. O Romalıdır, onun tutqun müşaiətçiləri isə yunandırlar. Öz-özü ilə bir eçə görüşü müvəffəqiyyətsiz olub, skandinav dənizçilərinin hesabına isə biz onu daha yaxşı tanımışıq. O kimdir, ya da nədir?
3. Bir dəfə Filadelfiyanın əntiq mağazalarının birində alıcı iki əşya əldə edir - yırğalanan kürsü (kreslo-kaçalka) və piano çalmaq üçün fırlanan stul. Hər iki əşyanın qiyməti 100 dollar idi. Lakin müştəri birinci kresloya bir 100-dollarlıq əskinaz, stula isə 50 ədəd 2 dollarlıq əskinaz verdi. Niyə?
4. Çin dilində "dun" heroqlifi iki digər heroqlif: "jı" - günəş və "mu" - ağac heroqliflərinin birləşməsindən yaranıb və mənası "şərq", yəni "ağaclar arxasından qalxan günəş" deməkdir. Bəs əgər "ben" - "kök"(yəni mənbə) deməkdirsə, "jiben" heroqlifi hansı anlama gəlir?
5. XX əsrin əvvəllərində Rusiyada yaşamış rəssamlar Reyxel, Zauerveyd, Lundin, Kadias artıq unudulublar və onlara hətta ensiklopedik lüğətdə rast gəlinmir. O vaxtlar isə onların əsərlərinə çox hörmət edilirdi və mütəxəssislərin fikrincə, qərb həmkarlarının işlərindən də keyfiyyətcə üstün idi. Onların heç olmasa bir əsərini deyin.