Sakura 25 aprel turniri

Sakura 25 aprel turniri

Suallar bu ünvandadır

1. Onun atasının başına ticarətçilər and içirdi, anası isə məhəbbət və sevgi allahı idi. Təbiətdə belələrinə çox rast gəlmək olur:itər bitkilər,istərsə də heyvanlar arasında o çoxdur. Bəzən oğlanlar bir-birini təhqir edəndə yaxud zarafat edəndə də onun adını işlədirlər. Mənə bu gözəl yunan gəncinin adını deyin.
Cavab: Hermafrodit, Hermesin və Afroditanın oğlu.

2. Pyotr,Yakov,Filipp,Andrey,Foma,Faddey,Simon(Şimon),Alfeyev,Varfolomey,İoann,Matfey. Siyahıda kim çatışmır?
Cavab: İuda

3. Fransızlar onu “milli ülgüc” sayır
Cavab: gilyotin.

4. Oğrular cəmiyyətə ziyan vurur və ona görə də insanların çoxu oğrulara qarşı mübarizə aparır. Amma biz ən xeyirxah oğruya borcluyuq,çünki o olmasaydı insan sivilizasiyası indiki halda olmazdı. Bu titan-oğru kimdir?
Cavab: Prometey. Odu tanrılardan oğurlayıb insanlara verən titan.

5. Yunanlar oranı “Pretannika” adlandırırdilar.
Cavab: Britaniya.

6. Romada insanlar 3 yerə bölünürdü. Birincisi-patrisilər, ikincisi-plebeylər. Üçüncüsü?
Cavab: qullar

7. Hindi dili: somvar,manqalvar,budhvar, quruvar,şukravar, şanivar,ravivar. Yəhudilər üçün bunların hansı əzizdir?
Cavab: Şanivar.Söhbət həftənin günlərindən gedir. Yəhudilər üçün isə şənbə günü daha yaxındır.

8. Merfi qanunları stilində sual. Biznesmenlər üçün Piter prinsipinə görə əgər siz qanuna uyğun hərəkət etməsəniz sizi cərimələyirlər.Əgər qanuna uyğun hərəkət etsəniz,.....Fikri bitirin.
Cavab: Sizdən vergi alırlar.

9. 1855-ci ildə 1 kq 500 qızıl rubl.1899-cu ildə 1 kq 1 rubl. 2008-ci ildə dünyada 40 milyon tona yaxın istehsal edilmişdi.O,19-cu əsrdə bir danimarkalı tərəfindən kəşf olunub. Nə?
Cavab: Alüminium. Onu,1825-ci ildə Hans Xristian Ersted kəşf etmişdi.

10. 170 il ərzində Boliviyada bu 190 dəfə olub. Bu göstəriciyə görə o dünya ölkələri arasında o liderdir.
Cavab: dövlət çevrilişlərinin (inqilabların) sayına görə.

11. Genuya arxiyepiskopu zarafatla demişdi ki, Vatikan klonlaşdırmanın əleyhinə olsa da, istisna kimi o xanıma icazə olar. Saysız mükafatların sahibi olan bu xanım nənə Napoli klubunun azarkeşidir. O bir dəfə demişdi ki, əgər Napoli qalib gəlsə o striptiz göstərəcək. Bu xanım 70-ci illərin seks-simvoludur. O kimdir?
Cavab: Sofiya Şikolone, yəni Sofi Loren.

12. Dünyada xristianlığı rəsmi şəkildə ilk dəfə qəbul etmiş ölkə hansıdır?
Cavab: Ermənistan.

13. Bu avaralardan birinin adı hər dildə müxtəlif səslənir. Qalan səkkizi, bəzilərinə görə yeddisinin adı isə çox dildə eynidir. Onlardan hansı yunandır?
Cavab: Venera. planetes yunanca sərgərdan,avaralanan, gəzən deməkdir. Söhbət 9,təzə qaydaya görə isə 8 planetdən gedirdi. Planetlərin adları romalıların dilindədir, bircə Yer və Veneradan savayı

14. Şillerin fikrincə qorxulu sonluq daha yaxşıdır nəinki ...
Cavab: sonsuz qorxu

15. Al Kapone,Şvartsnegger, Madonna,Çe Qevara, II Yekaterina,Con Travolta, Fidel Kastro onu sevirdilər. Karl Yunq deyirdi ki, o kişinin tənasül orqanının simvoludur:) .Mən onun nə olduğunu soruşmuram, amma onun ən asossasiya olunduğu adamın adını yazın.
Cavab: Siqar ən çox Uinston Çörçill ilə yada salınır.

Top