"Renessans" komandasının sualları ( X hissə)

"Renessans" komandasının sualları ( X hissə)

Bu başlıq altında Sumqayıtın «Sim Club» intellektual klubunun özümün də üzvü olduğum «Renessans» komandasının suallarını təqdim edəcəm.

46.

Sizə verilmiş rekvizitdəki şəkil bu yaxınlarda Livanda həyata keçirilmiş sosial aksiyalardan birində istifadə edilmiş reklamdandır. Kreativ reklam parçası siqaretin insan sağ- lamlığı üçün təhlükəli olduğunu qeyd edirdi.Reklam kompüter əsrinin «geriyə” və „ləğv et” düymələri əsasında böyümüş gənclərinə sağlamlığımızın geriyə dönməzliyini başa salmağa çalışır.Bir dəqiqə ərzində rekvizitdəki düymələrdə buraxılmış və cəmi bir hərflə fərqlənən sözləri qeyd edin.

Müəııif: Azər Tarverdiyev (Azero)

47. Bəzi tarixçilərin fikrincə ONA dair ilk təcrübələr hələ VII əsrdə Çində aparılmışdı.ONLARIN köməyilə çin məmurlarını dövlət vəzifələrinə qəbul edirdilər.Sübut olunmuşdur ki, onun formalaşmasına nəinki genetik faktorlar, həm də sosial mühit təsir edir.Bu keyfiyyətə daha çox malik olan insanlar Beynəlxalq Mensa və Prometey cəmiyyətlərinin üzvləridir.Nəzərə alsaq ki, Qərb ölkələrində və Yaponiyada son vaxtlar işə qəbul prosesində o mühüm rol oynayır, onda maksimum qısa formada ONU qeyd edin...

Müəııif: Azər Tarverdiyev (Azero)

48. Qara qutu… Belə bir fikir var ki, rəssamlar şəkildə 13 nəfər təsvir etmək lazım gələndə 14-cü özlərini təsvir edirlər. Bu rəsm əsərində 13 baş, 26 ayaq və 27 əl təsvir olunub. Bu da versiyalardan birinə görə onun da bu rəsmdə olduğuna işarədir. Hamının rəsmin baş obrazı ilə bağladığı bir əşyanın onun bətni olduğu iddia edilir. Bir postsovet ölkəsi bu əşyanın onların ərazisində olduğunu sübut etməyə çalışırlar və buna görə də bir məhsula hətta bu əşyanın adını veriblər. Söhbətin nədən getdiyini başa düşdünüzsə 1 dəqiqədən sonra qara qutuda olan 
bu məhsulun adını qeyd edin. Kömək üçün deyək ki, bu içkidir.

49. Sual müəllifi oxuduğu məlumatdan sonra belə bir nəticəyə gəlmişdir: “Oktavian Avqust özünü Yuli Sezarla bərabər tutduğu üçün təmizlik vaxtından kəsib öz ömrünə caladı.” Diqqət sual: Əslində Avqust neyləmişdi?

50.

Musiqi səslənir...

Rekvizitə diqqətlə baxın… 2008-ci ildə www.travel.ru saytında dünyanın tam və ya yarımçıq tərk edilmiş şəhərlərinin siyahısı dərc edilmişdi. Rekvizitdə olan görüntülər çox təəssüf ki, dünyanın ən məşhur 20 kabus-şəhər siyahısına düşmüş Azərbaycan şəhərlərindən birinə aiddir... 
Bir dəqiqə ərzində şəhərin adını qeyd edin.

Top