Bu başlıq altında Sumqayıtın «Sim Club» intellektual klubunun özümün də üzvü olduğum «Renessans» komandasının suallarını təqdim edəcəm.
36. Diqqətlə baxın və doğru cavabı deyin.
ilə arasında nəyin yerləşdinini tapın.
Müəllif: Şamxal Cəmilzadə (Erudit)
37. Siyahıya qulaq asın:
Bilək dörd barmağa bərabərdir
Pəncə 4 biləyə bərabərdir
Dirsək 6 biləkdən ibarətdir.
Insanın hündürlüyü dörd dirsəkdir deməli 24 biləkdir
Addım 4 dirsəyə bərabərdir.
Açıq vəziyyətdə insanın əllərinin uzunluğu insanın hündürlüyünə bərabərdir
Saç xəttindən çənəyə qədər məsafə insanın hündürlüyünün 1/10-nə bərabərdir... Və sairə...
Səsləndirdiyimiz sözlər antik roma memarının traktatından bir hissədir. Bəs bu memarın adı nədir?
Müəllif: Nadir Zamanov (mr13)
38. Qarşınızda bir reklam printi görürsünüz.
Panasonic firmasının reklamı. Reklamın şüarı belədir. Oyuncaqlarda güclü batareyalar yoluxucu ola bilər. Gördüyünüz uşaq başa düş- düyünüz kimi Napoleon geyimindədir. Sinəsindəki nişanardan birini qara kvadrat vasitəsi ilə örtmüşük. Və sizdən onu tapmaq tələb olunur. Kömək üçün deyək ki, nişanın üzərində İvan Porxomenkonun 1920-ci ildə çəkdiyi bir portretdir. Hətta belə bir lətifə də var ki, bir uşaq bu nişanı yerdən tapıb uzun müddət baxdıqdan sonra: "Ata bu hansı pokemondur?” soruşmuşdur. Nə demək olar zəmanə uşağıdır. Diqqət sual: bizim qara kvadratla bağladığımız hansı nişandır.Maksimum dəqiqlik tələb olunur.
Müəllif: Nadir Zamanov (mr13)
39. Italyan intibahının nümayəndəsi Donatello öz səxavətini nümayiş etdirmək üçün X-i həmişə işlədiyi emalatxananın tavanından asardı.Biz isə onun nə olduğu yox, hal-hazırda qara qutuda olan və çoxlarının XX əsrdə tamamilə X-i sıradan çıxaracağını düşündükləri əşyanın nə olduğunu deməyinizi xahiş edirik.
Müəııif: Azər Tarverdiyev (Azero)
40. Bu sualı oxuyaraq orda deyilənlərə əməl etməniz xahiş olunur.
Bu qədər sualdan sonra təbii ki, yorulmusunuz. Sizə yorğunluğa qarşı bir üsul göstərib sonra sualımıza keçək.Qarşınızdakı insana baxaraq şəhadət barmaqlarınızı gicgahınıza qoyun. 2 dəfə sağa və 2 dəfə sola dairəvi hərəkətlər edin. Sonra isə gicgahınızı barmaqlarınızla arxaya doğru dartın və 10 saniyə saxlayın... bir çin müdrüklüyünə qulaq asın. :)
Əgər sən öz səhvinin nəticələrini düzəldə bilirsənsə, deməli sən hələ... müdrüklüyü tamamlayın.
Müəllif: Nadir Zamanov (mr13)