"Renessans" komandasının sualları ( VII hissə)

"Renessans" komandasının sualları ( VII hissə)

Bu başlıq altında Sumqayıtın «Sim Club» intellektual klubunun özümün də üzvü olduğum «Renessans» komandasının suallarını təqdim edəcəm.

31. Diqqət sual: Qadınlar yoxsa kişilər daha güclüdür??? Hamını düşündürən bu suala Türkiyənin əyalət kəndlərinin birinin sakini özünəməxsus şəkildə cavab tapmağa çalışmışdı.O erkək və dişi buzovların quyruqlarını bir-birinə bağlamış, və onları əks istiqa-mətdə qovmuşdu.Nəticədə erkək buzovun quyruğu qopmuşdu. Deyə bilmərik ki, kəndli nə dərəcədə onu maraqlandıran suala düz-gün cavab tapa bilmişdi.Ama sonralar o dəfələrlə buzovu müşahidə edərkən etdiyi hərəkətə görə peşman olmuşdu.Bu peşmançılığın səbəbini deyin.

Müəııif: Azər Tarverdiyev (Azero)

32. Bir jurnalda siqaretin "faydaları” adlı bir məzəli məqalə çap olunmuşdu. Həmin məqaləyə əsasən: siqaret çəkənin evinə oğru girməz, çünki səhərə qədər öskürər, üzərinə milçək qon- maz, çünki nikotin qoxar, siqaret çəkən qocalmaz çünki, tez ölər, çox yorulmaz çünki, təkərli arabada gəzdirilər. Elə həmin məqaləyə əsasən siqret çəkəni köpək dişləməz. Bunun səbəbini bir dəqiqə ərzində cavab kartınıza qeyd edin. 

Müəllif: Şamxal Cəmilzadə (Erudit)

33. Bu Azərbaycan filmində birinci və ikinci arasında mübahisə üçüncüyə xitabdan başlayır.Üçüncünün birinciyə və ikinciyə cavabı isə əlifbanın ilk hərfindən ibarət idi.Birinci və ikinci arasındakı mübahisə əks cinsin peyda olmasıyla sona çatır. Üçüncü bu vəziyyətdən istifadə edərək aradan çıxdı. Söhbət hansı filmdən gedir? 

Müəııif: Sabir Əsgərov

34. Bir dəfə papa II Yuliy Sikstin kapellasının tavanına çəkilmiş rəsmlərə baxdıqdan sonra Mikelanceloya dedi: ”Bu fiqurlara qızıl artırmaq pis olmazdı, yoxsa mənim kapellam kasıb gö- rünəcək”. Mikelancelonun cavabı isə həm onu bunu etmək- dən xilas etdi, həm də papanı razı saldı. Bəs Mikelancelo papaya necə cavab vermişdi?

Müəllif: Nadir Zamanov (mr13)

35.

O, lirada virtuoz ifa edirdi. Onu hətta musiqiçi kimi məhkəmədə ittiham etmişdilər.
O, ilk dəfə göy üzünün niyə mavi olduğunu izah etmişdi.
O, ambidekstor idi.
O, vegeterian idi və "insan doğurdan da heyvanların şahıdır, axı o onları qəddarcasına məhv edir.Biz hərəkət edən qəbristanlığıq! Hələ gənc yaşlarında mən ətdən imtina etmişəm” sözləri ona aiddir. 
O, gözəl kulinar və servirovka ustası idi. 
Diqqət.. Sual, rəsmdə nə çatmır.

Müəllif: Nadir Zamanov (mr13)

Top