Bu başlıq altında Sumqayıtın «Sim Club» intellektual klubunun özümün də üzvü olduğum «Renessans» komandasının suallarını təqdim edəcəm. Uzun müddətli ayrılıqdan sonra yenidən suallarımızı yerləşdirirəm. Ümidvaram ki, bəyənəcəksiniz.
26. Şeirə diqqətlə qulaq asın.
Sən dünyalar gözəlisən, Azadlıqlar diyarında
Uşaq kimi qəribəsən, Ya da başqa kainatda
Mənə hər an gərəklisən, Iğdır, İzmir nə Ankara
Qəlbimin bir küncündəsən Təksən inan bu dünyada
Həvəskar şair Vüqarın ilham mənbəyini bir dəqiqə ərzində cavab kartınıza yazın....
Müəllif:Vüqar Ağayev
27. Onlar 2-si də dahi idilər. Biri italyali digəri azərbaycanlı. Bir-birindən 4 əsr fərqlə yaşasalar da eyni bir şeyi iddia edirdilər. Birincinin tam ciddiyyətlə sübut etməyə çalışdığını hamı istehza ilə qəbul edirdi. Ikincisi isə artıq sübut olunmuş bu fikri özünəməxsus istehza ilə yazırdı. Biz sizdən I və II-nin kim olduğunu soruşmuruq. Onlar hər ikisi bizim uşaqlalıqdan çox gözəl bildiyimiz hansı fikri iddia edirdilər... Müəllif: Nadir Zamanov (mr13) Müəllif: Şamxal Cəmilzadə (Erudit) 29. Bu yaxınlarda Meksikada dünyanın ən böyük muzeyini açmağı planlaşdırırlar.Maraqlıdır ki, bu muzeydə eksponatlar və ya rəsm əsərlərin deyil, böyük daşlardan ibarət fiqurlar sərgi- lənəcək muzey təşkilatçıları deyirlər ki, arterial təzyiqi yuxarı və ya aşağı olan, ürəyi zəif olanların bu muzeyə daxil olmasına icazə verilməyəcəkdir.Sizcə səbəb nədir? Vaxt getdi. Müəllif:Sabir Əsgərov 30. Əvvəllər İngiltərədə yeni yaradılan dəmir yolları üzərində tunellər yox idi. Lakin 1906-cı il-dən sonra tunellərdən istifadə olunmağa başlandı.Bunun səbəbini deyin. Müəllif:Vüqar Ağayev
28. Bir nağıla qulaq asaq: Afrikada bir kral varmış.Hara gedərmiş dostu ilə gedərmiş,hər hərəkətini etməzdən əvvəl onunla məsləhətləşərmiş.Dostu isə hər pis hadisəyə "hər işdə bir xeyir var” deyib keçərmiş.Bir gün kral ova çıxır.Dostu onun tüfəngini doldurarkən səhvə yol verir və kral atəş açan zaman baş barmağını itirir.Dostu yenə "hər işdə bir xeyir var” deyir və bu kralı çox qəzəbləndirir."Axı bunda nə xeyir ola bilər” deyən kral onu həbsə atdırır.Bu hadisədən 5 il keçir.Bir gün şah köməkçiləri ilə birgə ova çıxır.Meşədə azan kral və köməkçiləri adam əti yeyən hindu qəbiləsinin əlinə keçir.Hindular kralın bütün adamlarını öldürürlər, baş barmaqsız kralın isə öldürüləcəyinin uğursuzluq gətirəcəyini fikirləşib onu sərbəst buraxırlar.Geri dönən kral dostunu zindandan çıxartdırıb ondan üzr istəyir. "Dostum sən haqlı idin. Bağışla ki səni hədər yerə 5 il türmədə saxladım”. Dostu cava bında şaha "hər işdə bir xeyir var”deyir. Həqiqətən də o haqlı idi. Bəs nəyə görə?