1. Keçmiş MDB-ə ancaq Moskvada olub. Birinci dəfə Yunanıstanda olub. Sonuncu dəfə Çində olub. Allah qoysa bəlkə Böyük Britaniyada olacaq:) Bəs ən çox harda olub?
Cavab. Əlbəttə ki, Yunanıstanda. Söhbət Olimpiya oyunlarından gedir.
2. Bir rus inancına görə bu amerikan firmasını əslən rus olan Davıdov və Xarlamov yaradıb. Əslində gop olsa da,Rusiyada hələ də çoxları buna inanır.
: Harley-Davidson (motosikl istehsalında dünya liderlərindən biri)
3. Kral Artur,Herakl, Fateh Vilhelm,Leonardo Da Vinçi, aktyor Cek Nikolsonu məhz bu xüsusiyyət birləşdirir. Onların sayı getdikcə artır. Fahişəlik, çətin həyat tərzi, sevgidə xəyanət və s. onların sayının artmasında böyük rol oynayır.
Cavab: qeyri-qanuni uşaqlar(Дети вне брака)
4. Baron Münhauzen və Neyl Armstronqu məhz bu cəhət birləşdirir? 5. Andorrada insana bunu ya Fransa,ya da İngiltərədə etmək imkanı verilir. Hansı seçim imkanı? 6. Ən çox Sakit okeanda,ikinci Şimal buzlu okeanında,sonra Atlantik okeandadır. Ən az isə Hind okeanındadır.nə? 7. Onların birincisi Praqada doğulub, ikincisi isə müasir Polşada. Onların arasında yəhudilər çoxdur. İnanırıq ki,onların arasında azərbaycanlılar da olacaq. 8. Fransada,Avstriya-Macarıstan, Siciliya,İspaniya,Almaniya və s. Avropa ölkələrinin krallarının çoxunu,dünyanın ən böyük iqtisadçı və filosoflarından birini(Marks),alman kuturyesi Lagerfeldi,biologiyada bioloji təsnifatı yaratmış Linneyi məhz bu xüsusiyyət birləşdirir.
9. Məhəmməd Əli, Co Freyzer, Şteffi Qraf, Lev Yaşin ,Mişel Platini,Zinəddin Zidan, Eysebio,Devid Bekhem,Marat Safin..... Bu siyahını çox uzatmaq olar. Onları birləşdirən nədir? Çinli işbazlar onu xüsusilə sevirlər və onu müxtəlif adlarla tanıdırlar. Nəzərə alın ki,onun vətəni Almaniyadır. 10. Pikasso deyib ki, Rəssam-sata biləcəyi çəkən adama deyirlər.Yaxşı rəssam isə- 11. “İnsan üçün kiçik addım, insanlıq(bəşəriyyət) üçün isə böyük addım” sözlərini kim yaxud harada deyilib? 12. 1895-ci il 28 dekabrında Parisdə hansı əlamətdar hadisə baş vermişdi? 13. Eramızdan əvvəl 356-cı ildə iki hadisə oldu ki,bunun sayəsində 2 adam məşhur oldu. Birincisi Makedoniyalı İsgəndərin doğumu idi. İkinci hadisə zamanı da bir nəfər məşhur oldu. Mən istəməzdim ki,kayzen.az istifadəçilərindən hansısa biri o adam kimi məşhur olsun.O məşhur adam kimdir? 14. 1931-ci ildə Nyu-yorkda məşhur Empayr Steyt Bilding (Empire State Building) tikilənə qədər dünyada ən hündür tikili hansı idi? 15. Geoloqlar arasında Feliks Krivinin (rus ədibi) bir sözü məşhurdur: “Faydalı olmaq üçün,.... olmaq lazım deyil.”
Cavab. Aya səyahət.
Cavab: öz həbs cəzasını çəkmək.Çünki Andorrada həbsxana yoxdur.
Cavab. Dəniz dayı. Sakit okeanda 13,Atlantik okeanda 9,Şimal buzlu okeanı-10,Hind okeanı-5 dəniz var.
Cavab. Şahmat çempionları. Vilhelm Steynits və Emmanuil Lasker.
Cavab. Adları Karl idi.
Cavab. Adidas firması.
Cavab: çəkdiyini sata bilən adama.
Cavab. Neil Armstrong Aya qədəmini basarkən.
Cavab: ilk dəfə kino göstərildi.
Cavab: Herostrat. Dünyanın 7 möcüzəsindən biri olan Efesdəki Artemida məbədini məşhurluq xətrinə yandıran adam.
Cavab: Eyfel qülləsi
Cavab. Qazıntı. - Ископаемым