2. Şou-biznesdə Platin-disk o deməkdir ki,diskin milyon ədəd surəti(kopyası) satılıb. Bəs qızıl-disk nədir?
Cavab: Satılan disklərin dəyəri milyon dollardır.
3. York şəhərindən olan ən məşhur dənizçi kimdir?
Cavab: Robinzon Kruzo
4. Berlin,Venesiya,Kann şəhərlərini nə birləşdirir?
Cavab: Ən məşhur kinofestivallar burda olur.
5. Ən yüksək ... 2 qadına məxsusdur. Kventin Tarantino,Şaron Stoun,Benyamin Netanyahu,Cudit Polqar,Kasparov və şahmatçıların çoxu bu sahədə öndə gedir.
Cavab: İQ-intellekt əmsalı
6. Afrikada cəmi iki dənədir-Qahirə və Tunis şəhərində. Antarktidada yoxdur. Azərbaycanda var,Bakını onsuz təsəvvür etmək mümkün deyil. Terroristlər,qızlarla tanış olmaq istəyənlər,əhalinin kasıb təbəqəsi onu xüsusilə sevir.Lakin Londonda o çox bahadır.Nə?
Cavab: Metro.
. İslamda 6 böyük peyğəmbər var:Nuh, İbrahim, Musa, İsa, Məhəmməd. Altıncısı kimdir?
Cavab: Adəm
8. Uruqvay,Konqo,Paraqvay,Nigeriya,Paraqvay ölkələrini bu xüsusiyyət birləşdirir
Cavab: Adları çay adından götürülüb.
9. Avstriyalılar onun şəklini 50 şillinq,memar Otto Vaqnerin şəklini 500 şillinqə,bir adamın şəklini isə 5000 şillinqlə qiymətləndirirdilər. Kimin?
Cavab: Motsart(pul əskinasının üstündə)
10. Bu çay Almaniyada başlayır,6 ölkədən keçir və Qara dənizə tökülür.
Cavab: Dunay
11. Günəş allahı,səma allahının oğlu və qədim skandinav gözəllik allahı harada görüşür?
Cavab: Mendeleyev cədvəlində(Helium, Titan, Vanadium)
12. Çin dilində gümrahlıq sözü ilə bu bitki eyni heroqliflə işarə olunur.
Cavab: çay
13. Birinci yerdə Artur Fridenrayx, ikinci yerdə isə Pele durur.Hansı xüsusiyyətinə görə?
Cavab: vurduqları qolların sayına görə
14. Магнитогорск və İstanbul şəhərlərini biz bu xüsusiyyətinə görə tanıyırıq
Cavab: Avropa və Asiyanın sərhəddi bu şəhərlərdən keçir.
15. Qay Yuli Sezarın nəslində ən çox yayılmış kişi adı Qay idi. Bəs qız adı?
Cavab: Yuliya