Sakura 4 aprel turniri-cavablar

Sakura 4 aprel turniri-cavablar

1.Pablo Pikasso- 290, Mark Şaqal - 220, Salvador Dali - 128, Albrext Dürer - 116. Burdakı ədadlər nə qədər çox olsa,rəssamın başı bir o qədər uca olar))) Bu ədədlər nəyi ifadə edir?
Cavab: oğurlanan rəsmlərin sayı

2.optimist təyyarə haqqında fikiləşir,bəs pessimist?
Cavab: paraşüt haqda

3.Napoleon deyirdi ki,... bir fahişədir və onunla istədiyi kimi rəftar edəcək. Hitler deyirdi ki,ona sahib olmaqdan ötrü əvvəlcə onu zorlamalıdır. Amma hər ikisinin arzusu ürəyində qaldı:-))) qədim yunan əfsanəsinə görə Zevs onu Finikiya çarının sarayından oğurlayıb Krit adasına qaçırtmışdı. Nöqtələrin yerinə hansı coğrafi obyekt yazılmalıdır?
Cavab: Avropa

4.  1  və 2 məhz bizə məxsusdur.3 və 4 havanın soyuq olduğu üçün istəyir ki,qapını örtülsün. 5 və 6 geoloji tədqiqat üçün daşın altına baxmaq lazımdır.7 və 8 hansı qıza aiddir?
Cavab: bir,iki,bizimki
Üç,dörd-qapını ört,
Beş,altı-daşaltı
Yeddi,səkkiz-Firəngiz
Doqquz,on-qırmızı don

5. diplomat,filosof,kimyaçı,həkim,fizik,mexanik,linqvist və əlbəttə ki riyaziyyatçı. Norbert Viner deyirdi ki, kibernetika elminin atası o sayıla bilər.Öz vətənində şərəfinə heykəl ucaldılmış ilk mülki şəxs odur. 1646-cı ildə anadan olmuş bu şəxs kimdir?
Cavab: Vilhelm Leybnits
6. Amerikanlar elə bilirdi ki,onu bir elmi-tədqiqat institutu hazırlayıb, əslində isə onu ali təhsili olmayan bir insan yaratmışdı. Bir fransız jurnalı onu XX əsrin ən böyük kəşfi sayırdı. Zimbabve, Mozambik, Şərqi Timor kimi ölkələrdə o milli rəmzdir. Onun populyarlığı o qədər yüksəkdir ki, Səddam Hüseyndən tutmuş terrorçulara qədər çoxları onu sevir. Söhbət nədən gedir?
Cavab.Kalaşnikov avtomatı

7. Bir dəfə Nitsa şəhərində ən dözümlü siqaret çəkən müsabiqəsi keçirilir. İştirakçılardan biri rekord buraraq 60 siqaret dalbadal çəksə də, mükafatı ala bilmir:-((( niyə?
Cavab: ölür.

. Məşhur rus həkimi doktor Botkinin yanına bir xanım gəlib soruşur ki , doktor, bəs mən arıqlamaq üçün hansı hərəkətləri edim? Botkin deyir ki,başı soldan sağa və sağdan sola hərəkət etdirmək lazımdır. Xanım bəs bunu nə vaxt etməliyəm deyə soruşanda həkim cavab verir. Nə vaxt?
Cavab: yemək görəndə(yemək masası arxası və s. cavablar da qəbul olunur)

9. Amerikan stomatoloqu Cozef Berkovski iddia edir ki,onun sifətinin quruluşundan  belə nəticə çıxaraq olar ki,onun qabaq dişləri yoxdur. Onun kim olduğu barədə çox fərziyyələr var. Bəziləri deyirdi ki, o kişidir, bəziləri onun müəlliminin homoseksualist partnyoru olduğunu, bəziləri isə onun sadəcə ideal qadın olduğunu deyirdi. son nəticələr isə sübut edir ki, o bir kommersantın arvadıdır. Söhbət kimdən gedir?
Cavab: Cokonda

10. "Bağışlayın,müsyö,mən təsadüfən bunu etdim.. " Kraliça Mariya Antuanetta bunu .... əvvəl deyib. ... əvvəl ayaqqabılarını verərək Mixail Romanov "İstifadə edin,hər nə olsa da çarındır" deyib. Eyni vəziyyətdə Eynşteynin nə dediyini isə heç kim bilmir. Çünki o vaxt yanında duran adam alman dilini bilmirdi.... yerinə nə olmalıdır?
Cavab: ölümdən əvvəl.

11. Siseron deyib ki, X-danışan qanun,Y-lal məhkəmədir. Müvafiq olaraq X və Y nədir?
Cavab: Məhkəmə-danışan qanun,qanun-danışan məhkəmədir.

. Azərbaycanlılar ləzzət görmək üçün ondan istifadə etməyi xoşlayır:-) Bir şəhər isə öz həyatını onlara borcludur. Söhbət nədən gedir?
Cavab: qaz(yeyərsən qaz ətini,görərsən ləzzətini)

Top