"Renessans" komandasının sualları ( V hissə)

"Renessans" komandasının sualları ( V hissə)

Bu başlıq altında Sumqayıtın «Sim Club» intellektual klubunun özümün də üzvü olduğum «Renessans» komandasının suallarını təqdim edəcəm.

21. Diqqət, Duplet - sual 

1.İki əsrin qovşağında Oskar mükafatına layiq görülən bu film özünün inanılmaz dərəcədə hazırlanmış səhnələri, aktyor oyunu, hətta soundtereki ilə milyonların qəlbini fəth etdi. Lakin bu film də digərləri kimi kinotənqidçilərin qınaq obyektinə çevrilməkdən canını qurtara bilmədi.Belə ki, səbəblərdən biri filmin müəyyən yerlərində səslənən İspaniyalı, ispaniyalı” xitabları idi.Çünki, filmin bəhs etdiyi dövrdə İspaniya və ispaniyalı kimi anlayışlar hələ mövcud deyildi.Əgər filmin adını müəyənləşdirə bildinizsə, cavab kartınıza baş rolun ifaçısının adını qeyd edin..

2.Dupletin ilk sualının cavabını tapdınızsa, növbəti ildə həmin aktyorun baş rolda oynadığı və ən yaxşı film nominasiyasında Oskar mükafatına layiq görülən filmin adını yazın.

Müəııif: Azər Tarverdiyev (Azero)

22. Məhşur bir deyimə əsasən yer üzərində cənnət: yapon arvadı, amerikan maaşı, ingilis evi və çin aşpazıdır.Bəs sizcə həmin de-yimdə cəhənnəm necə təsvir olunur?

Müəllif: Şamxal Cəmilzadə (Erudit)

23. Qara qutunun içindəkinin adını 2 yerə böldükdə birinci söz məməlilər dəstəsindən olan canlının rus dilində adı, ikinci söz isə hamının bildiyi bir sözünərəb dilində səslənməsidir. Birinci ikincidə yaşayır, ikinci birincinin bədənindən yüksək təzyiqlə ifraz olur. Bu sözləri tapa bildinizsə əksəriyyətimizin çox sevdiyi bu əşyanın adını tapın.

Müəllif: Nadir Zamanov (mr13)

24. Afina şəhəri salınandan sonra müdriklik ilahəsi Afina ilə dəniz tanrısı Poseydon arasında kimin şəhərə hamilik edəcəyi haqqında mübahisə düşür.Kim şəhərə afinalıların xoşuna gələcək hədiyyə verəcəkdisə o da qalib sayılacaqdı.Poseydon əsasını yerə vurur və yerdən su qaynayır və "bulaq” meydana gəlir.Afinanın nizəsinin sancıldığı yerdə isə zeytun ağacı bitir.Afinalılar ilahə Afinanın himayəçi olmasına tərəfdar çıxırlar.Sizcə onlar niyə Poseydonun hədiyyəsini 
bəyənməmişdilər?????

25.  Diqqət. "qurbanlar” – Bolonya, Borussiya Dordmund, Malyorka, Lids Yunayted, Arsenal.. Bu komandaları birləşdirən məntiqi fikri müəyyən edin.



Top