"Renessans" komandasının sualları (II hissə)

"Renessans" komandasının sualları (II hissə)

Bu başlıq altında Sumqayıtın «Sim Club» intellektual klubunun özümün də üzvü olduğum «Renessans» komandasının suallarını təqdim edəcəm.

 

6. Hələ 17-ci əsrin əvvəllərində bundan Çində istifadə edilirdi.Çinlilər onu "ke-tiap” adlandırırdılar və onun əsas tərkibi seçilmiş balıq və ədviyyatdan ibarət olurdu.Söhbətin nədən getdiyini tapdınızsa onun müasir variantının əsas tərkib hissəsinin nə olduğunu müəyyənləşdirin.

Müəllif: Şamxal Cəmilzadə (Erudit)

7. Diqqət, kifayət qədər ağır çəkili sualdır.Birinci haqqında fikirlər birmənalı deyildir.Onun İran hakimi olan ikinciyə nifrəti çoxlarına məlum səbəblə bağlıdır. İkincinin sağlığında əvəz çıxa bilməyən birinci yalnız ikincinin ölümündən bir neçə il sonra meyidini qəbirdən çıxartdırıb öz sarayının aşağısında basdırtdırır ki, hər dəfə sarayına daxil olanda onu tapdalayıb keçsin və bununla da guya rahatlıq tapsın.Biz sizdən I və II-nin adını və ya bu nifrətin səbəbini soruşmuruq.Bir dəqiqə ərzində bu tarixi şəxsiyyəti qətlə yetirmiş III-nün ləqəbini deyin.

Müəııif: Azər Tarverdiyev (Azero)

8. Diqqət siyahı:
Musa
İsa Məsih
Ziqmund Freyd
Nils Bor
Karl Marks
Lev Trotskiy
Boris Pasternak
Stiven Spilberq
Qarri Qudini
Henri Kissincer
Bu siyahını daha da artırmaq olardı. Lakin biz sizə onların ən məşhurlarını səsləndirdik. Diqqət! Bu insanları birləşdirən nədir?

Müəllif: Nadir Zamanov (mr13)

9. Çoxlarına yəqin ki, "Osmanlı tokatı” ( yəni şapalağı ) ifadəsi yaxşı tanışdır.Doğrudan da tarixdən məlum olur ki, bu cür fəaliy-yəti yerinə yetirən azsaylı qoşun növü Osmanlı ordusunda mövcud olmuşdur.Bunun üçün xüsusi şəxslər kəndbəkənd gəzərəkmöhkəm cüssəli və təbii ki, iri əllərə malik gəncləri yığarmışlar.Bu gənclər xüsusi şəraitdə belə bir təlim keçərdilər: onlar günün böyük bir hissəsində əllərini yağ tökülmüş qalın taxta lövhələrə vurardılar.Diqqət sual: döyüş zamanı bu azsaylı əsgərlərin döyüş funksiyası nədən ibarət idi????

Müəııif: Azər Tarverdiyev (Azero)

10.Bu sualı oyunumuza AR FHN əməkdaşı təqdim etmişdir.Diqqət siyahı!
1. Qarşılıqlı 2. Ştok 3. Düz 4. Rifli. 5. "Dovşan qulaqları” 6. Bramşkot. 7. Qarşılıqlı səkkizlik. 8. Baxman. 9. Tutucu 10. Bulin. 11. Bələdçi.12. Qreypvran 13. Səkizlik. 14.Akademik. Siyahını 4000-ə qədər uzatmaq olar.Bunlar ən məhşurlarıdır. XVII əsr dənizçiləri bunlardan 18-ni, alpinistlər bunların 14-nü, biz isə bunun ən azı 1-ni bilirik. Söhbət nədən gedir?

Müəllif: Sabir Əsgərov

Top