Bu başlıq altında Sumqayıtın "Sim Club" intellektual klubunun özümün də üzvü olduğum "Renessans" komandasının suallarını təqdim edəcəm.
Müəllif: Nadir Zamanov (mr13 2. Məlumdur ki, qondarma erməni soyqırımını tanıyan amerikalı siyasət adamlarının sayı günü-gündən artmaqdadır.Məşhur amerikan aktyorlarından biri olan bu şəxs siyəsət meydanında ilk addımlarını atandan və kifayət qədər mötəbər vəzifəyə seçiləndən sonra yuxarıdakı bədnamların siyahısına daxil oldu.O, daha irəli gedərək Hollivudun ermənilər yaşayan küçəsinə "kiçik Ermənistan” adının verilməsinə razı oldu, qondarma soyqırımla bağlı müxtəlif tədbirlərdə iştirak etdi.Bu yaxınlarda belə tədbirlərin birində iştirak edən bu şəxs hətta erməni xalqına pərəstiş etdiyini də bildirdi.
Müəllif: Sabir Əsgərov 3. Onların hamısı eyni hüquqa malikdirlər.Hər şeyin, hətta vaxtın da onlar arasında bərabər bölüşdürülməsi vacib sayılır. AmmaI bir növ "kapitan” funksiyası daşıyır və I -nin razılığı olmadan digərləri "oyuna” daxil edilə bilməzlər.Bəzi yerlərdə I-yə hörmət əlaməti olaraq baybiçə də deyirlər.Bu kvartetin kimlərdən ibarət olduğunu tapdınızsa, onların kimə tabe olduğunu yazın. Müəllif Şamxal Cəmilzadə. 4. Eynşteyn deyirdi ki, əgər onun nisbilik nəzəriyyəsi təstiqlənərsə almanlar onu alman, fransızlar dünya vətəndaşı hesab edəcəklər.Yox əgər təsdiqlənməsə onda fransızlar onu ....... , almanlar isə ...... hesab edəcəklər. Adı buraxılmış xalqların adını müvafiq olaraq qeyd edin.... Müəllif: Azər Tarverdiyev (Azero) 5.Bu firmanın marketinq strategiyası 3 sözlə ifadə olunur: keyfiyyət, servis və təmizlik. Lisenziya alıcıları İllinoys ştatının Elk-Qrouv Vilic şəhərciyində 10 günlük tədris kursu keçərək əsas ixtisas «bifşteksşünaslıq» əlavə ixtisas kimi isə «yağda qızardılmış kartof yonqarının hazırlanması» ixtisasina yiyələnirlər. Bu firma 1952-ci ildə süd kokteyli hazırlamaq üçün mikserlər satıcıları Rey Kork Riçard və Moris tərəfindən yaradılıb. Müəllif: Nadir Zamanov (mr13) Davamı var...
Diqqət sual – xəbəri yayımlayan XƏZƏR TV-nin xəbərlər proqramı bu şəxsə özünəməxsus ləqəb vermişdi. Hansı ləqəbi?
Diqqət Morisin soyadını 1 dəqiqədən sonra cavab kartına qeyd edin.